Haqqımızda

"168.az" informasiyalı-əyləncəli internet portalı kimi fəaliyyət göstərir. Məqsədimiz ölkədə və dünyada baş verən mühüm ictimai-siyasi, sosial-iqtisadi məzmunlu hadisələri, mədəniyyət və şou-biznes aləminin yeniliklərini oxuculara və dinləyicilərə çatdırmaqdır. Xalq və dövlət üçün aktual səciyyə daşıyan məsələlərə münasibətdə ictimai aktivliyin formalaşmasına yardımçı olmağı özümüzün başlıca vəzifələrimizdən sayırıq. Qafqaz regionunda liderliyə iddialı portal kimi beynəlxalq aləmin bölgə barədə mühüm informasiya istinadgahına çevrilməyi hədəfləyirik.


Hər kəsin etibarlı informasiya mənbəyi olmaq üçün Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini, peşəkarlıq baxımdan isə dəqiqlik, qərəzsizlik və tərəfsizlik kimi prinsipləri rəhbər tuturuq. Bu və ya digər qrupun, siyasi partiyanın mövqeyinə xidmət edəcək təbliğatı, siyasi məqsəd daşıyacaq reklamı, jurnalistikadan fərdi maraqların ödənilməsi məqsədilə faydalanmanı, ölkə vətəndaşlarının irqi, dini, milli ayrıseçkiliyə görə fərqləndirilməsini, ümumən insanlar haqqında bu qəbildən olan bilgilərin əsassız olaraq qabardılmasını inkar edirik. İstənilən sahə üzrə gündəmdə olan mövzulara operativ və həssas yanaşmağa, onlarla bağlı şərhlər, təhllillər və reportajlar hazırlamağa, müxtəlif ekspert və mütəxəssislərin fikirlərini çatdırmağa başlıca fəaliyyət istiqaməti kimi dəyər veririk.


"168.az"-la fikir və düşüncələrinizi, üzləşdiyiniz hadisələr barədə qeydlərinizi bölüşə bilərsiniz. Vətəndaş jurnalistikasını yüksək qiymətləndiririk. Təqdim etdiyiniz materialların hər birinin işıqlandırılmasına hazırıq. Çünki biz yaşadığımız regionun inkişafında, Vətənimizin daha da çiçəklənməsində, problem və çətinliklərinin ictimailəşərək birgə həlli yollarının müəyyənləşdirilməsinə kömək göstərməkdə maraqlayıq. Məramımız aydın, niyyətimiz saf, işimiz şəffafdır. Yolumuz haqqa, ədalətə xidmət yoludur. Yolunuz və yolumuz hər zaman açıq olsun.

168.az sosial şəbəkələrdə