Marşalın ölümü ilə …«11 sentyabr» «basdırılır» (MÜƏMMA)

Məlum olduğu kimi, bir müddət öncə 2001-ci ilin 11 sentyabr terroru ilə bağlı tədqiqat işlərinin ən tanınmış müəlliflərindən olan Filipp Marşal ölü tapılıb. Yazıçı ilə yanaşı, onun iki övladının və itinin də qətlə yetirildiyi bildirilir. Hadisəyə dair ilk versiya bundan ibarətdir ki, Marşal öncə iki uşağının həyatına, daha sonra isə öz canına qəsd edib. Hərçənd ABŞ ictimaiyyəti buna şübhəylə yanaşır. Şübhənin bir səbəbi son zamanlar Birləşmiş Ştatlarda çoxlu sayda müəmmalı qətllərin baş verməsidir.

F.Marşalın, övladlarının və itinin cəsədləri onların ölümlərindən dörd gün sonra tapılıb. Məsələ ilk görünüşdəncə qəribə təsir bağışlayıb. Çünki Marşal hansısa gecəqonduda deyil, əhalisi ağlar olan elit şəhərcikdə yaşayıb. Burada hamı bir-birini yaxşı tanıyıb.

Eyni zamanda F.Marşal istefada olan kapitan və müharibə veteranıdır. Yazıçı 2001-ci ilin 11 sentyabr terrorunun məhz rəsmi versiyasına zidd olan fikirlərin yer aldığı kitabları ilə məşhurdur. O, Birləşmiş Ştatların digər konspiroloqları ilə birgə apardığı araşdırmalar nəticəsində «11 sentyabr»ın Əl-Qaidə terrorçu təşkilatının işi olmasına dair hökumətin irəli sürdüyü baxışları alt-üst edib. Marşalın fikrincə, dəhşətli akt Birləşmiş Ştatların hökumət rəsmiləri ilə Səudiyyə Ərəbistanının əsilzadələrinin sövdələşməsinin məhsulu olub. Məqsəd Vaşinqtonun xaricdə geniş miqyaslı hərbi əməliyyatları üçün bəhanə yaratmağa söykənib.

Onu da vurğulamaq lazımdır ki, son zamanlar Marşal sözügedən mövzuda özünün dördüncü kitabının dərcinə hazırlaşırdı və söz vermişdi ki, yeni nəşrin ərsəyə gəlməsi ilə güclü informasiya bombasını partladacaq. Ən əsası isə müəllif kitabı yazmaqla özünə ölüm hökmünü çıxardığını da vurğulamışdı.

Əlbəttə, ilk baxışdan belə düşünülməsi mümkündür ki, xüsusi xidmət orqanlarında çalışmış yazıçı belə məzmunlu bəyanatı heç də ciddi şəkildə səsləndirməyibmiş. Ola bilərdi ki, Marşal yeni kitabına sadəcə həvəs yaratmaq üçün bu cür deyibmiş. Amma qətldə bir sıra digər qəribəliliklər də var. Başlıca məqam yazıçının xüsusi xidmət orqanları ilə sıx əlaqəyə malikliyidir. Bu orqanların isə sakitcə aradan götürməyi bacardıqları məlumdur.

Əgər Filipp kitabında dəhşətli hadisənin gerçək motivləri barədə həqiqiliyinə maksimal dərəcədə şübhə yeri qalmayan versiyalar irəli sürürdüsə, o zaman düşünməyə əsas var ki, Marşalı öldürənlər heç də həmin versiyaların yayılmasını istəməyənlər deyil. Axı, belə bir deyim mövcuddur: müasir mədəniyyətdə cəsədlər daha yaxşı satılır. Marşalın nümayişkəranə şəkildə gerçəkləşdirilmiş qətlindən sonra onun «11 sentyabr»la əlaqədar dördüncü kitabının daha böyük tiraja malik olacağı şübhəsizdir. Deməli, sui-qəsdin sifarişçiləri məhz bunu hesablayıblar.

Digər tərəfdən, «11 sentyabr» terrorunun törədilməsinə dair ictimai rəyin hazırda qəbul etdiyi rəsmi versiya hakimiyyətin mənafeyini ifadə edirsə, Marşalın fəaliyyəti isə Vaşinqtonun mövqeyinə ziddirsə və buraxacağı kitabın təhlükəliliyi nəzərdən keçirilirsə, o zaman müəllifi aradan götürülməklə onsuz da çapa gedəcək kitabın içərisindəkilərin dəyişdirilməsi də mümkündür.

Ümumən son vaxtlar ABŞ elitasına məxsus ssenaristlərin peşəkarlıqlarını itirdiklərini söyləmək mümkündür. Zaman-zaman bir növ, əfsanə kimi təqdim olunmuş «Əl Qaidə» mövzusunu davam etdirsək, bir növrəli terrorçu Bin Ladenin aradan götürülməsi ilə nəticələnmiş xüsusi əməliyyatın dünyanın ictimai rəyində gölüşlə qarşılandığı məlumdur. Amerikalılar hələ də Bin Ladenin qətlə yetirilməsi ilə əlaqədar real sübut ortaya qoymurlar. Terrorçunun cəsədinin şəkillərində isə mütəxəssislər fotomontajın olduğunu çox asanlıqla görə bilirlər.

Ən maraqlısı isə Bin Ladenin öldürülməsi kimi təqdim olunan xüsusi əməliyyatın iştirakçılarının demək olar, hamısının sonradan ölümüdür. 2011-ci il avqustun 8-də nəyə görəsə həmin əməliyyatın iştirakçılarının hamısının bir yerdə olduğu helikopter vurulur. 38 nəfər dünyasını dəyişir. Yeri gəlmişkən, bu hadisə ilə son zamanlar ABŞ ordusu Əfqanıstanda ən böyük itkisini vermiş sayılır ki, bunun özü də olduqca maraqlıdır.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə