Gənc müsəlman sosialist (BAXIŞ)

Ağ Evdə verilən ziyafət ABŞ prezidentləri öçün Hollivud və ya Oskar mərasimi qədər dəbdəbəli və əyləncəli keçir. Ənənəyə uyğun olaraq müxtəlif tanınmış mədəniyyət və siyasət adamları qarşısında nitq söyləyən dövlət başçısı ölkəsinin gündəmini bir ayrı rakursda dəyərləndirməyə çalışır.

Barak Obamanın bu dəfəki açıqlamaları salona toplaşan 2700 adamdan daha çox geniş publikaya hesablanmışdı. Siyasi artistizm və metaforalardan gen-bol bəhrələnən söz ustadı Obama yaratdığı anşlaqa görə dünyanın ən böyük auditoriyasına malik şəxslərlə müqayisə oluna bilərdi.

Obam etiraf etdi: ”Mən əvvəlki güclü müsəlman sosialist deyiləm”. Bu həqiqətən də belədir. Obamanın siyasi və dini etiqadının bu illər ərzində necə dəyişdiyini çoxları yaxşı bilir. Məhşur kitabında o sosial baxışların daşıyıcısı kimi özünü təqdim etsə də, indi hakimiyyət başçısı kimi iri korporasiyalar və transmilli maliyyə qruplaşmaları ilə hesablaşmağa məhkumdur.

Dini əqidə baxımından onun vəziyyəti qibtəolunacaq deyil. Türkiyədə ziyarət etdiyi Allah Evində islam rituallarını nə qədər canı-dildən yerinə yetirsə də, İsraildə “dualar divarında” o, təmsil etdiyi milləti üçün xristian, iuadaist və ya başqa inamın daşıyıcısı kimi çıxış etməyə məcburdur. Bu təbii qarşılanmalıdır. Müsəlman olaraq ABŞ-ın rəhbəri olmaq və 300 milyondan çox əhalini idarə etmək, üstəlik qlobal çağırışlara və təhlükəsizliyə cavabdehliyi üzərində saxlamaq müşkül məsələdir. Amerika siyasi sisteminin özəlliyi və yüz illərlə formalaşan kanonları bizə başqa əl yeri qoymur.

Obama Konqresə tez-tez getmədiyinə irad tutanlara cavab verdi ki, ”gedib rəqibləri ilə pivə içəcək”.

Onun milyarder Şeldon Adelsonla bağlı açqılaması isə daha yaddaqlan və parlaq idi. Prezident seçkisində Obama əleyhinə təbliğata 100 milyon dollar vəsait xərcləyən bir şəxsə üzünü tutan dövlət başçısı “həmin pula bir ada almaq və adını da Nou-Bama qoymaq olardı. Bundan sonra mən çıxıb gedərdim” deyərək siyasi yumorun gücündən maksumum dərəcədə faydalanmağı baçardığını nümayiş etdirdi.

Obamanın çevrəsində qurulmuş teatr bir neçə gün öncə Rusiya lideri Putinin xalqla canlı polemikasından cəlbediciliyinə, fikir istehsalına və ictimai dövriyyədə olan populyar suallara cavab verməsinə görə heç də geri qalmırdı. Lakin daxili azadlıq və seçilən leksikonların müqayisəsində şübhəsiz ki, Obama həmkarından qat-qat uca görünürdü. Dünya jandarmı olmasına baxmayaraq o, diktat dilində danışmırdı.

O, öz varlığında və dəst-xəttində istedadı, natiqliyi, biliyi və öz zəhmətilə ucalmağı təcəssüm etdirir. Onun salondakı jarqonlarını və təbəssüm ritorikasını davam etdirsək, Obama dövlət başçısı kimi istənilən ölkənin üzünü ağ edə bilər. Dərisinin rənginə baxmayaraq!

Zahid ORUC, Milli Məclisin deputatı (Yazı Zahid Orucun facebook səhifəsindən götürülüb)

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə