Avropada antisemitizm dalğası (ARAŞDIRMA)

 

Avropada Hitlerin yəhudilərə yaşatdığı məşəqqətin başlanğıcı kimi götürülən «Xrustal gecələr»in (9-10 noyabr 1938-ci ildə Almaniyada və Avstriyada yəhudilərə malik əmlak müsadirə edilərək küçələrə tökülmüşdü. Daş-qaşdan hər yer parıldadığından hadisə tarixə «Xrustal gecələr» kimi düşmüşdü) 75 illiyinin qeyd edildiyi bu günlərdə köhnə qitənin ifrat sağçılarının antisemitizm ruhu barədə diskussiyalar artmaqdadır. Amerika Yəhudi Komitəsinin Transatlantik İnstitutunun direktoru Daniel Şvammentalın fikrincə, Yunanıstanda və Macarıstandakı antisemit partiyaların son zamanlar tutduğu mövqe də bunu söyləməyə əsas verir. Sözügedən şəxs məqaləsində vəziyyəti daha gərgin hesab edir. Çünki antisemitizm əksər hallarda İsrailin tənqidinin pərdəsi altında gizlənir.

Fridrix Ebert Fondunun mövcud sahədəki araşdırmalarına müraciət edən Şvammental qeyd edir ki, antisemitizm ruhu hazırda heç də sionistlərlə bağlı deyil. Ancaq yəhudi lobbisinin Amerikanın xarici siyasətini nəzarətdə saxladığı barədə fikirlər səsləndirilərkən istər-istəməz köhnə klişelərə baş vurulur. Direktorun bildirdiyinə görə, avropalıların çoxu üçün ABŞ-ın İsraili dəstəkləməsi o qədər yolverilməzdir ki, onlar dərhal məsələni «yəhudilərin çirkli pulları» ilə əlaqələndirirlər. Şvammental Fridrix Ebert Fondunun araşdırmasına söykənərək onu da bildirir ki, rəyi soruşulan polşalıların 68, almanların isə 48 faizi İsrailin fələstinliləri tamamilə yer üzündən silmək üçün mübarizə apardığı qənaətindədir və mövcud meyllər bir neçə il öncə də aktual olub.

Hələ 2005-ci ildə Rasizmin və Ksenofobiyanın Monitorinqi üzrə Avropa Mərkəzi antisemitizmin işlək cinahını müəyyənləşdirdi ki, bu zaman da əsas hədəf kimi İsrailin tənqidinin götürüldüyü aşkarlandı. Avropa Birliyinin fundamental insan hüquqları üzrə agentliyinin sorğusuna görə isə, rəyi soruşulanların 21 faizi antisemitizm meylləri ilə qarşılaşdıqlarını bildirdikləri halda, 48 faizinin fikrincə, israillilər fələstinlilərə qarşı almanların yəhudilərə qarşı davrandıqları kimi davranırlar. Bütün bunlara görə Şvammental hesab edir ki, Avropa Birliyi İsrailin qanuni siyasəti ilə yəhudilərə münasibətdəki dözümsüzlüyün arasındakı fərqi müəyyən etmək üçün tədbirlər görməlidir.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə