Türkiyə-İran münasibətləri istiləşməyə doğru gedir (TƏHLİL)

Ərəstun BAXŞƏLİYEV

Türkiyə baş nazirini Irana səfəri zamanı daha çox diqqət çəkən məqam səfərdə onu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun, enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın, iqtisadiyyat naziri Nihat Zeybəkçinin, iqtisadi inkişaf naziri Cövdət Yılmazın və də Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın müşayiət etməsi olmuşdur.

Türkiyə-İran münasibətlər istiləşməyə doğru gedir

Tərəflərarası münasibətlərin gərgin nöqtələrə çəkilməsinə baxmayaraq, sevindirici haldır ki, hər iki tərəf münasibətlərin kritik nöqtələrə götürülməsinə izn verməmiş, zamanla bu münasibətlərin normallaşması üçün bir sıra mühüm addımlar atmışdılar.

Suriyaya qarşı təkbaşına müahribəyə sürüklənməsinə rəğmən, bu senariyə yox deyən Türkiyə hökuməti, hazırda qonşu İran ilə münasibətlərin yenidən normal məcraya dönməsi üçün bir sıra mühüm addımlar atmaqdadır. Təsadüfü deyildir ki, regionda sabitliyin bərqərar edilməsi, bir çox xoşagəlməz hadisələrin sıfır nöqtəyə daşınması, habelə İran-Türkiyə münasibətlərinin yenidən normallaşması üçün Ərdoğan tərəfindən gerçəkləşdirilən məlum səfər də məhz bu qəbildən olan səfərlər sırasından bilinməkdədir.

Analitiklərin fikrincə, baş tutan mövcud səfərdə iki ölkə arasında regional təhlükəsizlik, Suriya böhranı, terrorçuluğa qarşı mübarizə, habelə sərhəd-keçid məntəqələrində gediş-gəlişin asanlaşdırılması, ötən il dekabrın 17-də Türkiyədə rüşvət və korrupsiya ilə mübarizə sahəsində həyata keçirilmiş əməliyyatla bağlı fikir mübadilələri aparılsa da, əslində burada daha çox önəm verilən məsələ enerji məsələləri ətrafında aparılan müzakirələr, ölkələrarası İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması və güzəştli ticarət razılaşmasının imzalanması ilə bağlı mühüm addımlara imza atılması olmuşdur.

Səfər öncəsi daha çox diqqət çəkən, hətta Türkiyədəki abı havaya olduqca ciddi bir şəkildə təsir göstərən məqam isə, AKP hakimiyyəti ilə bağlı rüşvət qalmaqalının gündəmə gətirilməsi, Qərb mətbuatının Ərdoğan hakimiyyətinə qarşı qərəzli bir şəkildə mövqe sərgiləməsi oldu. 

Qərb Türkiyə faktorundan narahatdır

Bir çox politoloqlara görə baş verən hadisələr fonunda Qərbin Ərdoğan hakimiyyəti üzərinə getməsinin arxa fonunda, əslində müəyyən maraqlı məqamlar dayanmaqdadır.

O zaman bu hadisələrin baş verməsinin əsl səbəbi nədir? Regionda nələr baş verir? Türkiyədəki məlulum hadisələrlə Türkiyə-İran münasibətlərinin istiləşməsində nə kimi bağlılıqlar mövcuddur? Bir sözlə Qərb nədən narahtdır?

Qeyd emək lazımdır ki, Ərdoğan hakimiyyətinin ilk dönəmlərində “qonşularla sıfır problem” deyən Türkiyə hökuməti, Qərbin bölgədə sərgiləmiş olduğu “Ərəb Baharı” dalğası kontekstində, masaya daşımış olduğ bu siyasətini müəyyən bir zaman aralığı üçün bədii dil ilə desək torpağa gömmüş oldu və məhz bu gündən etibarən “sıfır problem” deyən bir ölkə, bölgədə yaşanmış məlum hadisələrdən yana, bölgə dövlətləri ilə ciddi bir şəkildə problemlər yaşamağa məhkum tutuldu.

Maraqlıdır ki, bunun əsl səbəbi olaraq isə məlum İraq müharibəsindən sonra ABŞ-ın Türkiyə qarşı atmış olduğu bir çox xoşagəlməz addımlar fonunda, Davos formunda məşhur “Van minut” olayı ilə Türkiyənin Yaxın Orta Şərq regionunda müstəqil siyasət sərgiləyərək ABŞ-ın NATO-nun timsalında “Böyük Orta Doğu” projesinə ard-arda zərbələr vurması göstərilməkdədir.

Belə ki, Türkiyənin, bir çox enerji layihələrində yer alması, Yaxın Orta Şərqin İsrail-Türkiyə gərilimindən sonra daha çox Türkiyəyə güvən sərgiləmsi, vaxtilə Avropa banklarına etibar edilən ərəb milyonlarının, həmin gündən etibarən Türkiyə banklarına devr edilməsi, habelə regionda artan nüfuzundan yaralanaraq, sözdə deyil də, əməldə “Avrasiya İttifaqı” ideyasına daha çox bu ölkənin iddia ilə çıxış etməsi, təbii olaraq bir qism Avropa ölkəkələrinin, o cümlədən ABŞ və Rusiya kimi dünya nəhənglərinin də ciddi şəkildə əndişələnməsinə yol açmışdır.

Məhz bu səbəbdəndir ki, bölgədə “yeni osmançılıq” ideyalarının baş qaldırmasından, İslam aləminə qarşı artan təhdidlər fonunda isə islam ölkələrinin daha sıx birləşəcəyindən və də Avropada getdikcə daha çox Türkiyənin nüfuz və söz sahibi ola biləcyindən çəkinən Qərb, Türkiyənin bölgə siyasətindəki “gizli” aktivliyini həzm edə bilməyərək, son 2-3 il ərzində onu müxtəlif yollarla provakasiyalara çəkməyə, parçalamağa, siyasi-iqtisadi sabitliyini isə ciddi-cəhdlə pozmağa yönəli addımlar atmaqdadır.

Əslində Hatay hadisələrindən tutmuş, Gezi parkında baş verən hadisələrə, həmin zaman aralığında bəzi Qərb dövlətləri daxilində anti Türkiyə əleyhinə terroru dəstəkləyən PKK tərəfdarlarının açıq şəkildə nümayişlər keçirməsinə izinlərin verilməsi, habelə Roma papası tərəfindən Türkiyə əleyhinə absurd ifadələrin işlədilməsi belə, mövcud vəziyyətin hansı abı-havada olduğunu bütün çılpaqlığı ilə ortaya qoymuşdur.

Qərb-İran yaxınlaşması: Türkiyənin taktiki gedişləri... Sıfır problem yenidən aktuallaşır

Çox maraqlıdır ki, rəsmi Ankarının hazırki dönəmdə Qrəb-İran münasibətlərinin istiləşməsindən faydalanaraq yenidən “sıfır problem” taktikasını gündəmə gətirməsi, Qərb dövlətləri tərəfindən daha çox qısqanılmağa başlanılmışdır. Təsadüfü deyildir ki, Misirdə Müsəlman qardaşları rejiminin devrilərək, yerinə yenidən Qərb yönlü bir şəxsin hakimiyyətə gətirilməsi və məhz bu hadisədən sonra Türkiyə-Misir münasibətlərində müəyyən gərginliklərin yaşanması, Türkiyənin bölgə siyasətinə qarşı vurulmuş ən böyük zərbələrdən biri olmuşdur.

Maraqlıdır ki, Türkiyə bölgədə axan qanın durdurlması, müsəlman dövlətləri arasında birliyin bərqərar edilməsi üçün bir qism cəhdlər göstərsə də, təssüflər olsun ki, bu cür cəhdlərin qarşısı mütəmadi şəkildə böyük güclərin bölgə siyasəti üçün “təhlükəli” bilindiyindən dərhal süquta məhkum tutulmaqdadır.

Bir çox analitiklərin fikrincə hazırki dönəmdə Qərb-İran münasibətlərində müəyyən yumşalma tendensiyası müşahidə olunsa da, bu fakt yaxın gələcəkdə heç də belə olmaya bilər. Belə ki, İraqın kütləvi qırğın silahlarına sahib olmaması və öz hərbi obyektlərini yoxlamalar üçün dünyanın istənilən təşkilatının üzünə açıq olduğunu bəyan etməsi belə, İraqa hərbi müdaxilənin qarşısnı heç bir vəchlə durdura bilməmişdir.

Çox maraqlıdır ki, bir çox analitiklərə görə bu gün Qərb-İran münasibətlərində müəyyən istiləşmənin yaranmasının əsas səbəblərindən biri Rusiyanın inadlı bir şəkildə Avrasiya İttifaqı ideyasını gerçəkləşdirilməsi ilə bağlı başlatmış olduğu siyasi gedişlər dayanmaqdadır. Belə ki, istər Şərqi Avropa ölkələrində, istərsə də Cənubi Qafqaz ölkələrində Rusiya faktorunun sürətlə aktivləşməsi, gözlənilən təhlükə fonunda Qərb-İran münasibətlərinin də yenidnə istiləşməsinə əsas səbəb olmuşdur.

Təsadüfü deyildir ki, bəzi politoloqlar da Qərb-İran münasibətlərinin istiləşməsi fonunda dünya neft qiymətlərində kəskin ucuzlaşmaların müşahidə olunacağını və bunun nəticəsi olaraq Rusiya iqtisadiyyatına ağır zərbələrin dəyə biləcəyi qənaətini irəli sürməkdədirlər. Digər tərəfdən perspektivdəki Qrəb-İran münasibətlərindəki müvəqqəti istiləşmə, Rusiyanı Yaxın Şərq cəbhəsindəki fəallığına sərinlik gətirə, Suriyanın gələcək “Avrasiya İttifaqına” olan üzvlüyünün isə qismən də olsa qarşısını ala bilər.

Son olaraq... Görünən odur ki, Qərbin bölgədə müvəqqəti taymautundan xəbərdar olan Türkiyə, bir çox basqılara rəğmən İranla bağlı yürütmüş olduğu siyasətində yeni taktiki gedişlər etməkdə daha çox israrlıdır. Atılan bu addımlar fonunda isə istiqrarlı və də möhkəm yeni bir birliyə sahib olmağı hədəfləyən, regional söz sahibliyini isə Qərbə buraxmağı belə ağlından keçirməyən Türkiyə, yaxın gələcəkdə ona qarşı başladılan basqıların arta biləcəyindən də xəbərdar olmalıdır...

ABŞ prezidenti Barak Obamanın Birləşmiş Ştatların 10 mütəfəkkirindən biri adlandırdığı Zbiqnev Brjezinski ilə müsahibədə yer alan fikirlərindən 

Sual: “Yeni dünya nizamında Türkiyənin rolu nədən ibarət olacaq?”

Cavab: “Türkiyə hazırda da aşkar şəkildə beynəlxalq arenada mühüm rol oynayır. Bu ölkə regional nüfuza malikdir və eyni zamanda NATO-ya üzv ölkə kimi əhəmiyyətli beynəlxalq əlaqələri olan bir dövlətdir. Həmçinin, Türkiyə bəzən çox ağrılı olsa belə Rusiya ilə münasibətlərini nizama sala və davam etdirə bilən, son illərdə özü üçün tarixi əhəmiyyəti olan Yaxın Şərqdəki rolunu yenidən bərpa edən və bölgədə nüfuzunu artıran ölkədir. Bu səbəbdən ABŞ, bir çox və də olduqca vacib səbəblərdən Türkiyə ilə qarşılıqlı münasibətlərini inkişaf etdirmək məcburiyyətindədir.”

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə