Aleksandr Soljenitsın Ukraynadakı hazırkı durumu 50 il əvvəl yazıbmış (MARAQLI)

Məşhur sovet dissident yazıçısı, 1970-ci ilin Nobel mükafatı laureatı Aleksandr Soljenitsın təxminən yarım əsr öncə qələmə aldığı «QULAQ arxipelaqı» romanında Ukraynanın hazırkı dağılmağa doğru gedən vəziyyətini təsvir edibmiş. Bu barədə geniş məqalə «Rossiyskaya qazeta»nın bu günkü sayında yer alıb. Məqalədə Soljenitsının sözügedən əsərindəki bəzi məqamlara toxunarkən müəllifin «Ukrayna üçün həddən artıq ağır olacaq» fikrinə söykənilib və material da məhz bu sərlövhə ilə təqdim olunub.

Sən demə məşhur yazıçı romanında Ukraynanın vəziyyətini tam şəkildə təsvir edib. O bildirib ki, ölkə ərazisindəki tarixən Ukraynaya heç zaman aid olmayan yerlərin Leninçi yanaşma tərzi ilə bir-birinə pərçimləndiyi nəzərə alınsa, ola bilər, hər bölgənin özünün ayrıca idarəçiliyi formalaşacaq.

“Александр Солженицын: С Украиной будет чрезвычайно больно” sərlövhəli məqalə ilə buradan tanış ola bilərsiniz. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə