Rus siyasi həyatında "Neo-Avrasiyaçılıq"

Neo-Avrasyaçılıq ideologiyasının önündə gedən Aleksandr Duginin fikirlərinə söykənsək, Avrasiyaçılıq məqsəddən daha çox Rusiyanın imperiya siyasətini reallaşdırmaq üçün bir vasitədir.

Son zamanlar Avrasiyaçılıq deyiləndə ağla ilk gələn isim Aleksandr Dugin olur. Avrasiyaçlıq düşüncəsini sadəcə Duginin fikirləri əsasında anlamağa çalışmaq isə qənaətbəxş hesab oluna bilməz. Avrasyaçılıq ayrı-ayrı düşüncə adamları tərəfindən fərqli izah olunmaqdadır. Bu fərqlilik mütəxəsislər tərəfindən müxtəlif formada qavrandığı kimi ayrı-ayrı ölkələrin baxışlarında da özünü büruzə verir. Necə ki, Qazaxstanın prezidenti Nursultan Nazarbayevin Avrasiyaçılıq anlayışı ilə A.Duginin Avrasyaçılıq anlayışı fərqlidirlər. Hal-hazırkı Yeni Avrasyaçılıq anlayışı 1920-ci illərdə meydana gələn Klassik Avrasyaçılıq fikri arasında çox dərin fərqlər görülməkdədir. Bu günkü Neo-Avrasyaçılıq düşüncəsini tam olaraq başa düşməmiz üçün Klassik Avrasyaçılıq fikrini və tarixi şəraitinə də nəzər salmalıyıq.

Avrasyaçılıq fikri ilk dəfə 1920-ci illərdə Trubetskoy, Savitskiy, Roman Jakobson, Petr Savitsky Alekseev, Bromberg, Qumilyev kimi rus düşüncə adamları tərəfindən Rusiya düşüncə həyatına girdi. Onların fikrinə görə Rusiya Şərq və Qərb mədəniyyətindən ayrılaraq xüsusi bir kimliyə və sistemə malik olmalıdır. Bəzi rus filosoflarının müdafiə etdikləri Rusiyanın Roma İmperatorluğunun davamı olduğu arqumentlerinin əksinə olaraq, Avrasyaçı düşüncə adamları Rusiyanın Asiya və Türk xalqlarının və mədəniyyətlərinin bir parçası olduğunu iddia etdilər.

Lakin bolşevik inqilabından sonra Avrasyaçı düşüncə və onu müdafiə edənlər sistemdən kənarlaşdırdılar və Avrasyaçılıq fikirləri 1990-cı illərə qədər gündəmdən çıxarılmış oldu. Bəzi düşüncə adamları isə Sovetlər Birliyinin qurulmasını Avrasya Birliyinin qayəsinin vücud dəyişdirmə şəkli olduğunu iddia edirdi.

1990-cı ildən etibarən A.Duginin ortaya atdığı Avrasyaçılıq düşüncəsi təkrar dirildilməyə və teori edilməyə başlandı.Həmin ildən sonra Neo-Avrasyaçılıq olaraq adlandırılan düşüncə, Klassik Avrasyaçılıq ilə bənzərlik göstərməklə bərabər, bəzi fərqləri də ortaya çıxardı. Neo-Avrasyaçılıq fikri Klassik Avrasyaçılıqda olduğu kimi German-Roma mədəniyyətinin anti-tezi olmaq yerinə, Anti-Atlantik və Amerika hegemonluğuna qarşı şəkilləndirildi. Hətta Avropa ilə əlaqələrin dərinləşdirilməsinə və Moskva-Berlin-Paris xəttinin yaradılmasını müdafiə edən Neo-Avrasyaçılara da rast gəlinməkdədir. Neo-Avrasyaçılıq rəngli inqilablarla Avrasya ölkələrinin rejim və sistemlərinin Amerika hegomonluğu lehinə şəkillənəcəyini və bu inqilabların təzahürünün son həlqəsinin isə Orta Asiya ölkələri olacağını iddia etməkdədirlər. Burada isə Rusiya üçün Qafqaz və Orta Asiya böyük əhəmiyyət daşımaqdadır. Neo-Avrasyaçılıq ideologiyasının önündə gedən Aleksandr Duginin fikirlərinə söykənsək, Avrasiyaçılıq məqsəddən daha çox Rusiyanın imperiya siyasətini reallaşdırmaq üçün bir vasitədir. Çünki Klassik Avrasyaçılıq ilə A.Duginin müdafiə etdiyi Neo-Avrasyaçılıq arasında böyük fərqlər görünməkdədir. Neo-Avrasyaçılıq özünü Atlantlikçiliyin anti-tezi olaraq şəkilləndirərək, Yeni Avrasyaçılığı məhşurlaştırma yolunu seçmişdir. Amerika hegomonluğu qorxusu üzündən Rusiyanın Avrasya coğrafiyası və ölkələri üzərindəki hakimiyyəti pekiştirilməyə çalışılmışdır.  Bu anlamda Neo-Avrasyaçılıq Makyavelist ünsürlər içərməkdədir. Neo-Avrasyaçılıq düşüncəsi Türk xalqlarını və Türkiyəni mərkəzə almaq yerinə olası bir Avrasiya Birliyində Rusiyanı əsas ünsür halına gətirməkdədir. Bu anlamda da Neo-Avrasyaçılıq düşüncəsi imperialist bir kimlik ortaya qoymaqdadır.

Avrasyaçılıq düşüncəsi Türkiyədə və Avrasyada bir çox düşüncə adamları tərəfindən bir yol anlayışı və alternativ olaraq mənimsənilmişdir. Bu yol anlayışının Türkiyə və digər Türk dövlətlərində keçərli bir alternativ ola bilməsi üçün A.Duginin önündə getdiyi və imperialist bir məqsəd daşıyan Neo-Avrasyaçılıq yerinə Qumulyev perspektivindəki Klassik Avrasyaçılıq düçüncəsinin üzərində fikir söyləmək daha uyğun olardı.

Ümit Nazmi Hazır, Haccetepe Universiteti. Yazı Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin orqanı olan "Birlik" jurnalında (№04-05(17) 2014) dərc olunub.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə