40 il əvvəlki və sonrakı Türk milliyyətçiləri (III yazı)

Bax: 40 il əvvəlki və sonrakı Türk milliyyətçiləri (I yazı)

Bax: 40 il əvvəlki və sonrakı Türk milliyyətçiləri (II yazı)

O günlərdə «çevriliş» sözünün yerinə hamı «qiyam» sözündən istifadə edirdi. Türkiyənin başı üstündəki qara buludlar dağılmış, bir anda hər iki cəbhə sakitləşmişdi.

Yəqin o günlərdəki qarşıdurma mühitinin bitdiyi anda əhali rahatlamışdı. Ya da onlara elə gəlmişdi.

Köhnə millətçilərdən biri danışır ki, o dövrlərdə biz Bursa-Uludağda kömür mədənində çalışırdıq. Kömürü yükləmək üçün Bursadan gəlməli olan yük maşınını gözləyirdik.

Televizorumuz işləmirdi. Axırda yük maşınlarından biri gəldi və qiyam olduğunu ondan öyrəndik».

Bütün siyasi liderləri həbs etmişdilər, təkcə Alparslan Türkeş təslim olmamışdı.

Həmin günlərdə milliyyətçilər arasında «başbuğ təslim olmasa dağa çıxarıq» düşüncəsi mövcud idi.

Bir-iki gün sonra Başbuğ da təslim olur və bir-bir hamını tez-tələsik həbs edib aparmağa başlayırlar.

Hamının beynində bir sıra suallar yaranır:

Onlar Türk millətinin müdafiə refleksi deyildilər?

Türk millətinin «cövhəri-əsli»si ülküçülər sayılmırdılar?

Elə isə onları niyə vətən xainləri ilə bir yerdə həbs edirdilər? Qiyam baş verəndə Amerikada bəziləri «Türkiyədə bizim uşaqlar qiyam edib» — deyə açıqlama vermişdilər.

Deyəsən, bəzilərinin hesab etdiyi kimi ülküçülər o «our boys» dan deyildilər.

Onlardan olsaydılar zindana atılmazdılar.

Həbsdə olanlar çox işgəncə gördülər.

Amma bayırda da vəziyyət yaxşı deyildi.

İlk anda görülən rahatlıq aldadıcı idi.

Milliyyətçilər 12 sentyabrın yaratdığı travmanı illər boyunca içlərindən ata bilmədilər və özlərinə gəlmələri üçün də uzun müddət keçdi.

12 Sentyabrdan əvvəl MHP-yə yaxınlıq duyanlar belə bir anda Kənan Evrənə sayğı duymağa başlamışdı.

Yəni çox da uzağa getməyə ehtiyac yox idi.

Evdə belə atalar öz övladları ilə mübahisə edirdi.

«Məcburi tədbirlər alınacaq və məmləkət düzələcək».

Bunlar böyüklərin sözləri idi və onların məmləkəti necə düzəltdiklərini də milliyyətçilərlə birlikdə böyüklər də zamanla öyrənmişdilər. Əsas travmanı alan milliyyətçilər olmuşdu. Sözün əsil mənasında xaos yaşanırdı.

Lider sisteminə öyrəşdikləri üçün lider həbsə atılanda onlar da bir anda başsız qaldılar və dağıldılar. Qısası, olanlar bundan ibarət idi.

Bu həqiqəti bir misalla izah etməyə çalışacağam;

1983-cü ildə siyasi partiyalar hələ təzə-təzə yaranırdı.

O zamanki partiyanın adı «Respublikaçı Mühafizəkarlar Partiyası» idi. Hərbi rejim Respublikaçı sözündən istifadəni qadağan etdiyi üçün partiyanın adı «Mühafizəkar Partiya» oldu. Partiyanın İstanbul təşkilatını qurmaq üçün Professor Səbri bəyə səlahiyyət verildi. Həsən adlı bir nəfər və köhnə milliyyətçilərdən Mehmet Sayin da müəllimlərinə kömək edirdilər. Üç dəfə toplanmalarına baxmayaraq, dördüncü adamı tapa bilmədikləri üçün səlahiyyəti təhvil vermək istəyirdik.

Onsuz da Mühafizəkar Partiya 1983-cü ildəki seçkilərə qatıla bilmədi. Mühafizəkar Partiyanın adı daha sonra Milliyyətçi Çalışan Partiyası (Milliyyətçi İşçi Partiyası) oldu. Bir çox milliyyətçilər o adı heç sevmədilər.

Seçkidən əvvəl də Başbuğ Heybəliadadan köhnə İstanbul təşkilat rəhbəri mərhum Mehmet Əli Erdinç bəylə mesaj göndərir ki, milliyyətçilər MDP (Milliyyətçi Demokratiya Partiyası)-yə səs versinlər, amma bu da qəbul edilmir. Səbəb bəllidir. Heç kim ülküçüləri zindana atanlara səs vermir.

Əslində, milliyyətçilərin niyyəti seçkidə səs verməmək və ya boş səs vermək olur. Amma Kənan Evrəninn MDP — yə səs istəməsindən sonra hamısı inadına ANAP-a səs verirlər.

Məhz siyasi mənada dağılmalar buradan başlayır.

İllər keçəndən sonra məlum oldu ki, Kənan Evrənin o çıxışı ANAP-ın səs qazanması üçün bir manipulasiya imiş sən demə.

Bundan sonra milliyyətçilərin əksəriyyəti hər halda ülküçü hərəkatın başa çatdığını düşünərək başqa partiyalarda fəaliyyətlərini davam etdirdilər. Milliyyətçilərin özünə qayıdışında ən böyük faktor PKK terror oldu.

PKK terroruna duyulan milli reaksiya, millətin yenidən ülküçülərə güvənməyinə səbəb yaratdı.

Xüsusilə 90-cı illərdə bunları yaşadıq.

1999-cu ildə keçirilən seçkilərdə MHP-nin yığdığı səslər də bunun bariz nəticəsi idi. O səslər 1999-cu il seçkilərində MHP-ni iqtidara gətirdi. Yenidən toparlanma prosesi başladı, amma uğursuzluqlar da çox oldu. Məsələn milliyyətçilər insan yetişdirməyi və tərbiyə etməyi bacarmadılar.

Düşüncə formalaşdıra bilmədilər.

Təşkilatlanmanı Türkiyəyə öyrədən milliyyətçilər təşkilatlanma mövzusunda da digər siyasi partiyalara bənzədi və özünəməxsusluğunu elə bu mərhələdə itirdi.

Ya da mən belə düşünürəm.

Zamanla məlumatsızlaşdırılan, mədəniyyətsizləşdirilən və siyasi kimlikdən uzaq yetişdirilən insanlardan formalaşdırılan Türk millətinin bütün daxili çalxantıları onların içinə də girdi. Onlar isə buna mane ola bilmədilər.

Bu da sizin üçün Türkiyə milliyyətçilərinin hazırdakı mənzərəsi…

Yazı "Xalq cəbhəsi" qəzetində çap olunub.

Müəllif: Oktay

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə