Şekspir heç nadir əclaf da ola bilməzmiş? (İDDİA)

Dahi ingilis dramaturqu barədə yeni baxışlar

Dahi ingilis mütəfəkkiri Uilyam Şekspirin maliyyə məsələləri ilə bağlı tədqiqatlar göstərir ki, o, vergilərdən yayınırmış, buğda möhtəkirliyinə yol verirmiş. Sonuncu cəhət xüsusilə təəccüblüdür və qəribə şəkildə dramuturqun «Korialon» faciəsinin motivlərində də yer alır. Ancaq bu məsələnin vurğulanması hələ heç nə deyil. Haqqında bu günlərdə çapdan çıxmış kitabda göstərilir ki, Şekspir nadir əclaflardan ola bilməzdi, çünki bu adamda ümumiyyətli nadir, qeyri-adi kimi qiymətləndirilməli heç nə olmamışdı.

Əslində bizlərin tanıdığı Şekspirin heç də Şekspir olmadığına, ümumən Uilyam Şekspir kimi bilinən şəxsin əsərlər yazmadığına dair ideyalar heç də yenilik deyil və o qədər də böyük populyarlıq qazanmayıb. Ancaq indi görkəmli ingilis haqqında fikir bildirən şəxs sıradan biri yox, özünün astrofizika sahəsindəki tədqiqatları ilə məşhur alimdir. Bəli, Stenfordun fəxri fizika professoru Piter Starrok təkcə günəşi və üfiqü öyrənmir, eyni zamanda şerlər yazır və oxuyur. Onun sözlərinə görə, məhz bu xüsusiyyəti müəlliflik problemi ilə maraqlanmağının başlıca səbəbidir. Qeyd etdiyimiz kimi, Britaniyada Şekspirin adına çıxılan əsərlərin eyvonlu Uilyam adlı şəxsin deyil, xüsusi təxəllüslə çıxış edən naməlum müəllifin yazdığını iddia edən məktəb mövcuddur. Starrokun fikrincə isə, «Romeo və Culyetta»nın və «Koriolan»ın müəllifi (məhz bu pyesdə aclıq dövründə buğda ehtiyatı mövzusuna toxunulur) 17-ci Oksford qrafı Edvard de Verdir. 88 yaşlı fizik bu ideya ətrafında hələ 2009-cu ildən özünün «İki elm haqqında povest» adlı xatirələrini qələmə alarkən düşündüyünü vurğulayır.

Starrok xatırlayır ki, hələ 20 yaşında olarkən Şekspirin əsərlərinə parodiyalar yazıb: «Həmin vaxt onunla daha çox maraqlanmağa başladım. Əsərlərinin hamısını oxudum. Mənə tam aydın oldu ki, yazdıqlarının arxasında insan həyatı dayanır. Özü də həmin insan Stratforddan olan və həyatı pis keçən birisidir».

Şekspirin şəxsi həyatı barədə həqiqətən də çox az şey məlumdur. Buna görə də onun seksual orientasiyası, dini mənsubiyyəti və sair xüsusiyyətləri barədə bir növ, tapmaca xarakteri daşıyan fikirlər dolaşmaqdadır. Sirli yazıçı artıq 400 ildir həyatda olmadığından görünür, həyatı barədə yeni nə isə ortaya çıxarmaq mümkünsüzdür. Ancaq Starrok üçün bu, problem deyil. O, statistikaya, konkret olaraq bayesov statistik analizi adlı təhlilə müraciət edir. Deyilənə görə, mövcud metod eyni vaxtda təmiz nəzəriyyəyə və uyğun məlumatlara əsaslanmış cavablar almağa imkan verir. Başqa sözlə, mövcud statistikada ehtimallar sizdə olan informasiyanın necəliyindən, düşüncənizdən və bilginizdən asılı şəkildə dəyişir. Metodun işləklilikliyinə gəlincə, ilk dəfə olaraq hələ 40 il öncə Starrokun özü tərəfindən sınaqdan çıxarılıb.

1967-ci ildə pulsarlar (radioaktiv, optik rentgen şüalanması) ətrafında elmi müzakirələr dövriyyəyə girəndə astrofiziklər öncə məsələdən agah deyildilər. Həmin vaxt Starrok demək olar, bütün ulduzların siyahısını ortaya qoydu. Siyahı müxtəlif versiyalara əsaslanırdı. «O illərdə anladım ki, sübutların dəyərləndirilməsi ilə nəzəriyyənin dəyərləndirilməsini bir-birindən ayırmaq lazımdır. Xüsusi çəkili versiya və ya ehtimalların faktlar və hipotezlərə əsaslanması ətrafında da düşündüm. Metodun hər şeydə istifadəsinin mümkünlüyünü götür-qoy etdim», - deyən Starrok özünün «Şekspir kimi tanınan: müəlliflik probleminə elmi baxış» adlı kitabında illər öncə düşündüyünü həyata keçirib. Kitab hər birinin 25 arqumentə baxışının əks olunduğu dörd uydurulmuş personajın dialoqu formasında yazılıb. Əsərin personajlarından biri bildirir ki, Şekspirin şedevrlərini kimin yaratmasından asılı olmayaraq, bu amil onların bir sözünü belə dəyişmir, ölkənin mədəniyyətinə və tarixinə olan böyük təsiri inkar etmir. Deməli, kimin müəllif olması əhəmiyyətsizdir. Ancaq Britaniya mənşəli Starrok eyni zamanda tamam fərqli düşünür: «Mənim üçün bu vacibdir. Əsərlərin müəllifi olmayan şəxsi təqdir etmək dəhşətlidir. Bu, ədaləti ələ salmaqdır».

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə