Məhəmməd Peyğəmbər və ərəb dövlətinin yaranmasına dair yeni baxış

Britaniya yazıçısı Tom Hollandın bir sıra suallara maraqlı və qəribə cavabların tapıldığı «Qılıncın kölgəsində» adlı hekayəsi at belində aparılan ölüm savaşından başlayır. Məğlubiyyətə uğradıldığı döyüşdən sonra kral öz atını onun belindəki adamla birgə dəryada boğdurmaq əmri verir. Atın üstündəki adamın adı Yusuf Əsər Yathardır. Hadisələr bizim eranın 525-ci ilində Yəmən sahillərində baş verir. Kralın həmin vaxt Ağsum (Ağsum çarlığı II-XI əsrlərdə hazırkı Sudan ərazisində mövcud olub) döyüşçüləri ilə döyüşdə itirdiyi dövlət isə Himyardır (Ərəbistan yarımadasında mövcud olmuş çarlıq) Onu da vurğulamaq lazımdır ki, mahiyyətcə döyüşdən qalib kimi xristianlar, məğlub olaraq isə yəhudilər çıxmışdılar.

Holland hekayəsində dünya imperiyalarının tarixi ilə dinlərin, imperatorların, peyğəmbərlərin, dini müharibələrin ilhamvericilərinin tarixlərini birləşdirir. Beləcə ortaya olduqca fantastik mənzərə çıxır ki, bu mənzərə tarixdən bildiklərimizlə ziddiyyət təşkil etməsilə diqqət çəkir.

Bununla belə qeyd edilməlidir ki, britaniyalı yazıçı tərəfindən qaldırılmış məsələ prinsipcə, məktəb dərsliklərindən götürülüb. Mövzu təxminən belədir: Məhəmməd və ərəb imperiyasının yaranması. Ancaq bu başlıq altında deyilənlər sadəcə təəccübləndirir. Əslində Qərb və İslam dünyasının münaqişəsi barədə artıq neçə müddətdir ki, yazılır. Ancaq qarşıdurmanın səbəbləri hələ ki tam mənada aydın deyil.

Britaniya tarixi ədəbiyyatının yüksək ənənələrini yaşadan Holland yuxarıda qeyd etdiyimiz məsələyə iki aspektdən yanaşır. Əvvəlcə o, gücün və inamın inqilabını təsvir edir. O inqilabı ki, hələ antik dövrdən başlayaraq formalaşmış və dərsliklərdə də əksini tapmış dünyanı dəyişdirdi. Sonradan isə yazıçı hələ də cavab tapılmayan bir sıra suallara cavab tapmağa çalışır. Geniş anlamda sualların cavablandırılmamasının səbəbi isə bizim eranın 800-cü ilinədək baş verən hadisələr barədə məlumatların ayrı-ayrı kiçik parçalardan ibarət olmasıyla əlaqədardır.

Ən sadədən başlasaq, görərik ki, bizim eranın 5-6-cı əsrlərində dünyada baş verən proseslərə iki gözlə aydınlıq gətirilirdi. Bunlardan biri Fars, digəri Roma imperiyasıydı. Bu iki imperiyanın torpaqları böyük ərazini əhatə edirdi. Ancaq arada müxtəlif tayfalar da yaşayırdılar ki, onların nümayəndələri imperiyalardan gah birinə, gah da digərinə xidmət göstərməklə ömürlərini sürürdülər. Qeyd edilən vəziyyət Ərəbistan yarımadası, eləcə də Himyar və Ağsum çarlıqlarının mühüm rol oynadıqları Afrika qitəsinin şərqi üçün də aktual idi. Və bu qüvvələrə təkcə güc və hakimiyyət yox, Allahın dərki, ilahi vəyh də lazım idi. Məsələ burasındadır ki, İspaniya ərazisindəki alman tayfaları, eləcə də İranın şərqindəki köçərilər həyatlarının Tanrının xeyirxahlığının nəticəsi olduğuna inanırdılar. Ancaq hesab edirdilər ki, qədim dövrlərdən fərqli olaraq, indi xeyirxahlığa layiq olmaq lazımdır. Bunun üçünsə hansısa düzgün bilinən ritualları yerinə yetirmək deyil, düzgün imana qulluq zəruridir.

Diqqət yetirsək, Tövrat yəhudilikdəki çoxcəhətliliyi baxımsızlaşdırdı. Xristianlığın vəhdətini nəzərdə tutan tarixi ekumenizm cərəyanının məclisləri əslində xristianları pravoslavlara və dönüklərə böldü. Bir vaxtlar Mani yəhudiliyi, xristianlığı, buddizmi, həmçinin atəşpərəstliyi özündə birləşdirən din yaratdı. Sasanilər ona Zərdüştün şerlərini də qlobal dinə daxil etmək barədə tapşırıq verdi. Bizans imperatoru Yustinian bir qədər də irəli gedərək Romanın məhkəmə sistemini dünyəvi qayda-qanunların dini qaydalarla çulğalaşdırılması şəklində yenilədi. Nəticədə Yustinian Qərb dünyasını nüvəsini təşkil edən İspaniyanı, İtaliyanı və Şimali Afrikanı Şərq imperiyası, yəni Bizansla birləşdirə bildi və bu hadisə tarixə Roma imperiyasının qüdrətini özünə qaytarmaq kimi düşdü. Ancaq sonrakı proseslər göstərdi ki, imperator öz gücünü düzgün hesablamayıb. Belə ki, avarlar və slavyanlar Dunay çayının əks tərəfindən məskunlaşmaqla mərkəzdən uzaqlaşdıqlarını göstərdilər. Həmin vaxt Şərqdə Sasanilər artıq öz sözünü deməyə başlamışdı.

Maraqlıdır ki, Məhəmmədin Peyğəmbərliyini təsvir edən Qurani-Kərimin bir çox hissələrində də həmin vaxtın hadisələri öz əksini tapıb. Kitabda göstərilib ki, romalılar çiçəklənməkdə olan ölkədə məğlub oldular. Ancaq onlar məğlubiyyətlərindən bir müddət keçdikdən sonra qalib gələcəklər… Yazılanlar özünü doğrultdu. Çünki Avropada, Asiyada və Afrikada 25 il davam etmiş müharibə 627-ci ildə imperator İraklinin Nineviya yaxınlığında farslara ağır zərbə vurması ilə yekunlaşdı. O, 630-cu ildə Qüdsə böyük xristian müqəddəsliyi kimi dəyərləndirilən simanı qaytardı. Ancaq üzərində dörd il keçdikdən sonra Bizans imperiyası İordan çayı sahillərində ağır məğlubiyyətə uğradıldı. Üzərindən 17 il keçdi və sonuncu Sasani hökmdarı da Mərv yaxınlığındakı döyüşdə ərəblərin təzyiqinə tab gətirə bilməyərək həm dövləti, həm də həyatını itirdi.

İlk dörd xəlifənin, 661-ci ildən sonra isə Müaviyənin rəhbərliyi altında ərəblər həmin dövrün ən böyük imperiyasını qurmağa müvəffəq oldular. O zaman gizli silah sayılan və əsası neftlə zəngin olan yunan odunun hesabına Bizans öz mövcudluğunu daha 500 il də sürdürməyi bacardı.

Bütün bunlar bir çox oxuculara məlum olan faktlardır. Amma Hollandın sonra yazdıqları akademik ənənələrlə daban-dabana ziddir. O, real siyasətlə vəhy arasındakı əlaqəyə dair məsələ qaldırır və buna Qərb tədqiqatçılarının araşdırmalarında düzgün cavab tapa bilmir. Onun sözlərinə görə, mövzu ilə bağlı islamşünasların son 200 il ərzində verdikləri cavablar o qədər də inandırıcı deyil. Quranı öyrənənlərin əksəriyyəti hesab edir ki, Məhəmmədə gələn vəhy Allahın sözləri idi.

Bəlkə də məsələyə xristian təəssübkeşliyi nöqteyi-nəzərdən yanaşdığından Holland Bibliyanın nəyə görə insanlar tərəfindən yazıldığını anlamır. O da məlumdur ki, Qərbin inanca malik çox az kəsimi tarixi zəmində verilən bir sıra müasir suallara dırnaqarası yanaşan filoloji və dini-tarixi yanaşmanı əsas tutur.

Məsələn, xristianlıqda Markın Yevangeliyasının nə zaman yaranması ilə bağlı məsələ sual doğurur. Bu barədə bir yerdə Yerusəlim məbədinin 70-ci ildə romalılar tərəfindən dağıdılmasına cavab olaraq yazılmışlarda söhbət açılır. Əlbəttə, mənbələrin belə tənqidi Bibliyanı şübhə altına alır. Holland isə hesab edir ki, İslam dini tədqiqatçıları da səbəb-nəticə əlaqələrində inandırıcı nöqtə tapa bilməyiblər. Məsələn, yazıçı sual verir ki, nəyə görə Məhəmməd Peyğəmbərin bioqrafiyasında yer alan və ölümündən bir neçə nəsil sonra üzə çıxan sitatlar onun real həyatının təsviri kimi xarakterizə edilir?.. Holland Məhəmməd Peyğəmbəri bizlərin anlaya bilməyəcəyi diniliklə çulğalaşmış siyasi-mənəvi təlimlərin bilicisi kimi xarakterizə edir və yazır ki, Peyğəmbər nəhəng imperiyaların qulluğunda dayanmış tayfalara təsir göstərməyi bacararaq onları öz mənafeləri uğrunda mübarizəyə səsləyib. Həmin vaxt bu səsləyişin nəticə verməsini doğuran səbəblər də yetişib. Böyük imperiyalar tayfalarla maddi baxımdan hesablaşmaqda çətinlik çəkirdilər, eyni zamanda onların gücləri də tükənmişdi. Nəticədə ərəblərə qarşı ciddi müqavimət olmamışdı.

Hollandın fikrincə, ərəb dünyasında başlıca fiqur Müaviyə olub (603-680). Yazıçı onu dahi rəhbər kimi xarakterizə edir və bildirir ki, Müaviyə Allahın nəyə görə ona bütün dünya üzərində hakimiyət verdiyini anlamaq və hakimiyyəti düzgün qaydada idarə etməyin yollarını başa düşmək istəyib. Xəlifə bununla yanaşı, müxtəlif dinlər və inaclar arasında bir növ, eksperiment də həyata keçirmək niyyətində olub. Belə eksperimentlərdən birinin rəmzi kimi Yerusəlimdəki qaya gümbəzi göstərmək mümkündür. Təsvirin dini mənası Müaviyənin mənsub olduğu Əməvilər sülaləsinin yüksək tutulmasına hesablanmışdı. Hollandın fikrincə, Əməvilər hakimiyyətlərini yaydıqca özlərinin tam hökmranlıqlarını möhkəmləndirəcək dini və sosial qaydaları anlamağa çalışırdılar. Vaxtilə Sasanilər Zərdüşt Peyğəmbərin fikirlərini yaydıqları kimi, 7-ci əsrdən başlayaraq hazırkı İraq ərazisində məsələlərə o zaman üçün xarakterik olan xeyirin şərlə mübarizəsi kontekstində yanaşan alimlər meydana çıxmağa başladı. Hollandın yanaşmasına görə, onlar öz təlimlərinin inandırıcılığı təmin etmək naminə həmin təlimlərin Peyğmbərlə əlaqəliliyini qabartmağa başladılar və yekun nəticədə peyğəmbərin özünün ali simasını canlandırdılar. Və bunun əsasında bəlli kodeks də yarandı ki, məhz onun köməyilə Abbasilər 750-ci ildə Əməviləri sözün həqiqi mənasında yer üzündən sildi.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə