İsa Muğanna yanğılı dilləndi: “...əsərlərimiz “sandıq ədəbiyyatına” çevrildi”

Mayın 19-u Atatürk Mərkəzindədünya səviyyəli yazıçımız İsa Muğannanın (Hüseyinov) 85 illiyinə həsr olunan yübiley tədbiri keçirililib. Yübiley tədbirində Hədəf Nəşrlər evinin yazıçının yenidən nəşr etdiyi 6 romanı təqdim olunub. Təqdimat mərasimindəAzərbaycan Yazıçılar Birliyinin sədri Anar, katibi Fikrət Qoca, millət vəkili Nizami Cəfərov,Bakı Metropolitenin rəisi Tağı Əhmədov və başqa tanınmış yazarlar jurnalistlər iştirak edib. Çıxış edən hər kəs İsa Muğannanın ədəbiyyat üçün tapıntı olmasından,Azərbaycan ədəbiyyatının onun vasitəsi ilə, dünyaya çıxa bilməsindən danışıblar.

Sonda İsa Muğanna özü də çıxış edib: "Sizinlə saatlarla danışardım, ancaq xəstəlik mənə imkan vermir” - deməsinə baxmayaraq, İsa Muğanna fikirlərini möhtəşəm formada çatdırıb. Bu günə qədər heç bir ədibin, jurnalistin, ictimai xadimin toxunmadığı mövzudan danışan, İsa Muğanna sovet dövründə yazıçılara göstərilən diqqətdən başlayaraq , indiki günümüzə qədər baş verən ədəbi hadisələri, özünə məxsus orjinallıqla təsvir edib. Böyük yazıçının heç vaxt unudulmayacaq fikirlərini olduğu kimi sizə çatdırırıq.

- Sovet dövründə yazıçılara dincəlmək üçün “putyovkalar” verilirdi,  biz də gedib həm dincəlirdik, həm də əsərlər yazırdıq. Həmin əsərlərimiz 20 min, 40 min, 60 min tirajlarla nəşr olunurdu. Sonra SSRİ dağıldı, mətbəələr pullu adamların əlinə keçdi, onlar da şairələrə kitab buraxmağa başladı,düzdü Nəsimidən bəhrələnən şairələr də var, ancaq onların sayı çox azdır. Varlı adamlar mətbəələrini əsasən yeni şairələr yaratmaq məqsədi ilə açdılar, bizim əsərlərimiz isə sandıqda qalaraq "sandıq ədəbiyyatı”na çevrildi. Belə bir dövürdə Hədəf Nəşirlər evinin rəhbəri Şəmil Sadiq , Müşviq Xan kimi dəyərli iki yazıçımız, mənim qapımı döyüb romanlarımı heç bir maddiyyat ummadan nəşr etmək istədiklərini bildirdilər. Mən buna çox sevindim və onlara böyük minnətdarlığımı bildirirəm”.

adalet.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə