Bu adam dünyanın ən varlı yazıçısıdır

 

Böyük Britaniyalı Erika Leonard Ceyms dünyanın ən çox qazanan yazıçısıdır. Nüfuzlu «Forbes»in gəldiyi qənaət bundan ibarətdir.

Son zamanlar qələmə aldığı erotik bestsellerlərlə məşhurlaşmış Erikanın 2012-ci ilin iyun ayından 2013-cü ilin iyununadək olan dövrdəki qazancı 95 milyon dollar təşkil edib. Qələmə aldığı detektivlə bundan öncəki reytinq siyahısında birincilik qazanmış amerikalı Ceyms Patterson artıq ikincidir. Onun hesabat müddətindəki gəliri 91 milyon dollar təşkil edib. Üçlüyü isə «Ac oyunlar» blokbasteri ilə yazıçı Syuzen Kollinz qapayır. Onun illik gəliri 55 milyon dollar olub.

Qeyd edək ki, «Forbes»in onluğuna düşənlər sırasında Stiven Kinq, Bill O Reyli, Daniel Stil, Den Braun kimi yazıçılar da var.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə