Makedoniyalı İsgəndəri həkimləri zəhərləyibmiş (İDDİA)

Dünya tarixində mühüm rol oynamış Makedoniyalı İsgəndər asırqal bitkisindən zəhərlənib. Bu qənaətə məşhur hökmdarın son günlərində üzə çıxmış xəstəlik simptomlarını araşdıran britaniyalı alimlər gəliblər.

Bizim eradan əvvəl 323-cü ildə dünyasını dəyişmiş İsgəndər səfər gedişində aldığı yaradan və soyuqdəymədən tez bir zamanda əldən düşüb. Yazıldığına görə, o, ömrünün son günlərində həddən artıq içki aludəçisinə də çevrilibmiş. Hətta huşunu itirənədək içirmiş. Bu halı isə qədim həkimlər asırqalın köməyi ilə müalicə edirlərmiş. Bitki guya yad ruhları qovurmuş. Bu prosesin nəticəsində insanda ürək bulanması və qaytarma yaranırmış.

Şahidlərin bildirdiklərinə görə, İsgəngərin ölümü uzun və əzablı olub. Hökmdar tez-tez qaytarırmış ki, hazırda həkimlər məhz bu cəhəti həmin asırqal bitkisinin insan orqanizminə toksiki təsiri ilə izah edirlər. Görünür, həkimlər bitkidən yanlış şəkildə yararlanıblar.

Qeyd edək ki, Yunanıstanın Mərkəzi Arxeoloji Şurası Makedoniyalı İsgəndərin və atası II Filipin qədim Egi şəhərində saxlanılan qalıqlarının bərpasına razılıq verib. Hökmdarların qalıqlar da Yunanıstanın şimalındakı Saloniki şəhərindən 35 kilometr aralıda yerləşən bu yerdə saxlanılır.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə