Qazaxın tarixi abidələrinin tanıdılması ilə bağlı layihə reallaşdırılıb

Qazax rayonunda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Tarixi abidələrimizi tanıyaq” layihəsi həyata keçirilib. 2014-cü ilin avqustundan oktyabrınadək reallaşdırılmış layihə çərçivəsində Qazax rayonunda yerləşən tarixi abidələr (arxeoloji və tarixi-mədəniyyət abidələri) haqda məlumatları özündə əks etdirən 500 nüsxədən ibarət kitabçalar buraxılıb.

Həmçinin layihə çərçivəsində 4 təqdimat keçirilib. Tədbirlər 19 sentyabr 2014-cü il tarixdə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında, 23 sentyabrda Qazax şəhər M.Hüseyn adına məktəb-liseydə, 24 sentyabrda Qazax Mədəniyyət Evində, 29 sentyabrda isə Qazax Gənclər Mərkəzində baş tutub. Təqdimatlarda ümumilikdə 200 nəfərədək insan iştirak edib. İştirakçılara kitabçalar paylanmışdır.

Gələcəkdə layihənin davam etdirilməsi və daha çox abidələrin əhatə olunması nəzərdə tutulur. 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə