Neft-qaz sektoru investisiyalar üçün ən cəlbedici sahədir

2012-ci ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına xarici investisiyaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 36,8 faiz artaraq 4,7 milyard dollara çatıb. Trend-in məlumatına görə, bu barədə Dövlvtə Statistika Komiktəsinin cümə axşamı yaydığı məlumatda deyilir.

İnvestisiyaların 29,7 faizi ölkəyə maliyyə kreditləri, 46,2 faizi birbaşa investisiyalar, 24,1 faizi başqa investisiyalar şəklinadə daxil olub.

Birbaşa investisiyaların həcmi 2011-ci ilin birinci yarısı ilə müqayisədə 26,9 faiz artaraq 2,2 milyard dollar təşkil edib. Birbaşa investisiyaların 85,5 faizi yaxud 1,9 milyard dollar (il ərzində artım 26,1 faiz) ölkə iqtisadiyyatının neft-qaz sektoruna yönəldilib.

 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə