İran Azərbaycanı cərimələməklə hədələdi

Xəzər dənizinin ekologiyasını pozduğuna görə, İran Azərbaycana cərimə kəsmək niyyətindədir. 168.az İİR-in “Peyvənd” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Ətraf Mühitin Müdafiə Təşkilatı dəniz departamentinin rəis müavini Abdel Rza Qarbasi bildirib.

Onun sözlərinə görə, köhnə avadanlıqlarla neft emal edən Azərbaycan Xəzərin təmizlənməsi istiqamətində işlər görmür. Qarabasi deyib ki, dənizin təmizlənməsi üçün Tehran təxmini qiymətlər hazırlayır və bunu cərimə şəkilində Bakıya təqdim edəcək.

İran ekspertləri hesab edirlər ki, Xəzəri ən çox Rusiya, Qazaxıstan və Azərbaycan çirkləndirir.

Hələlik rəsmi Bakı məsələyə münasibətini bildirməyib.

Qeyd edək ki, Xəzərin statusu məsələsində yalnız İran digər Xəzəryanı ölkələrlə razılaşa bilmir.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə