“Qaradağ” yatağında yeni quyu istismara verilib

"Qaradağ” yatağındakı 473 nömrəli quyu qazmadan sonra istismara verilib.

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən 168.az-a daxil olan məlumata görə, Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə “Qobustan” Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən VIIa horizontuna qazılmış quyu 3355-3324 metr intervaldan sutkada 150 000 kubmetr qaz hasilatı ilə fonda daxil edilib.                               

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə