Sloveniya da iflasa ugrayır

Beş il əvvəl Avropa Birliyinin iqtisadi cəhətdən nümunə kimi göstərilən ölkələrdən biri olan Slovenya Avropada yaşanan böhranın növbəti qurbanıdır.

Burada yaşanan iqtisadi böhranla bağlı açıqlama verən Slovenyanın baş naziri Canes Cansa ölkəsinin oktyabr ayında iflas təhlükəsi ilə üzləşə biləcəyini deyib. İnternet portalı siol.net-ə müsahibə verən baş nazir maliyyə çətinliklərini "Əgər dövlət istiqrazlarını sata bilməsək pul ödəyə bilməyəcəyik" sözləri ilə əsaslandırıb.

Dövlət rəsmisi "Ən pis Sloven hökuməti belə AB, IMF və Avropa Mərkəzi Bankından ibarət olan Üçlükdən daha ictimaidir" sözləri ilə xilasetmə fonduna ümid etmədiyini deyib. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə