“11 sentyabr” terrorundan 11 il ötür

Bu gün “11 sentyabr” terrorundan 11 il ötür. 2001-ci ilin bu günündə Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı silsilə terror aktları törədildi.

Yerli vaxtla saat 08:46-da "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra isə eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.

Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələndi. “11 sentyabr” olayı ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə, əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara başlamasına təkan verdi.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə