Gürcüstan Ermənistana qaz nəqlini dayandırdı

Bu gündən etibarən Rusiyanın Gürcüstan vasitəsilə Ermənistana ötürülən təbii qazının nəqli dayandırılıb. 168.az erməni saytlarına istinadən xəbər verir ki, bu barədə “ArmRosqazprom” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb.

Gürcüstan tərəfi bunu “Şimali Qafqaz-Zaqafqaziya” kəmərində təmir işlərinin aparması ilə əlaqələndirib.

Məlumata görə, təmir işləri 3 gün davam edəcək.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə