İranın milli valyutasının məzənnəsi rekord həddə enib

“İranın milli valyutası olan rialın məzənnəsinin sürətlə enməsinin cəbəbi Qərblə iqtisadi müharibə ilə əlaqədardır. Qərb İranın nüvə proqramından imtina etməsi üçün bu təzyiqi edir”. 168.az “Frans-Press” agentliyinə istinadən xəbər verir ki, bu bəyanatı İran prezidenti Mahmud Əhmədinejat verib.

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq düşmənlərin təzyiqi nəticəsiz qalıb. Belə ki, bu ilin ilk 6 ayı ərzində İİR-a 26 milyard dollar həcmində idxal malları daxil olub.

Qeyd edək ki, son həftə ərzində İran rialının məzənnəsi 3 dəfə aşağı düşüb. “Qara bazar”da bir dollar 34,7 mindən 37 min rialadək qalxıb. Yerli mətbuat bunu süni artım hesab edir. Rəsmən isə bir dollar 12,26 min rialdır ki, bu vəsaitə də cüzi nəsə almaq olar.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə