İran XİN: “İran Azərbaycana yardım etməyə hazırdır”

“BP şirkəti Mərkəzi Asiya ölkələrində xam neft hasilatını dayandırarsa, İran yaranacaq enerji kəsirini aradan qaldırmaq üçün Azərbaycana yardım etməyə hazırdır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən xəbərinə görə, bunu həftəlik mətbuat konfransında İran XİN-in nümayəndəsi Ramin Mehmanpərəst deyib.

Onun sözlərinə görə, İran qonşu ölkələrlə münasibətlərdə bütün potensialdan istifadə etməyə çalışır: “Biz dəfələrlə qonşularımızı ən çətin vaxtlarında dəstəklədiyimizi nümayiş etdirmişik”.

İran rəsmisi Qərb ölkələrini bölgədə qeyri-stabillik yaratmaq və region ölkələrinin resurslarını qarət etmək cəhdlərində ittiham edib. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə