Türkiyə İranla bağlı ABŞ-ın sanksiyalarından azad edildi

Türkiyə noyabrın 3-dək ABŞ-nin İrana qarşı tətbiq etdiyi neft sanksiyalarından azad edilib. 168.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, Ankara bunu İranın təbii qazına olan ehtiyacı ilə əlaqələndirib.

Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib. Onun sözlərinə görə, Türkiyə İİR neftini və qazını ölkəyə idxal edəcək.

“Hazırda rəsmi Ankara bu müddətin artırılmasına çalışır. ABŞ bu problemin həlli yolunu tapmalıdır”, deyə nazir vurğulayıb.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə