Dünya bazarında neftin qiyməti düşüb

Dünya bazarında neftin qiyməti aşağı enib. 168.az-ın məlumatına görə, bu, Kanadanın “TransCanada” şirkətinin ABŞ-a erkən neftin dayandırması bəyanatından sonra baş verib.

Nyu-York ticarət bircasında WTI markalı bir barrel neftin qiyməti 1,32 dollar düşərək 88,73 dollar olub. Brent Crude Oil markalı nefrin bir barreli isə 0,7 enərək 109,44 dollar təşkil edib.

Xatırladaq ki, “TransCanada” şirkətinin nüməndəsi Ceyms Millar cümə günü bildirmişdi ki, texniki problemlərlə əlaqədar ABŞ-a neftin çatdırılması dayandırılıb.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə