Avropa birjalarında qazın qiyməti 400 dollara çatıb

Avropa birjalarında qazın 1000 kubmetrinin qiyməti 400 dollara çatıb ki, bu da cari ilin yazından etibarən maksimum göstəricidir. 

“APA-ECONOMICS”in “İnterfax”a istinadən xəbərinə görə, oktyabrın 29-da Avropanın şimalında qazın qiyməti 370-380 dollara, Fransada isə 397 dollara qalxıb.

Qeyd edək ki, bundan əvvəl qaz 2009-cu ilin yanvarında Rusiya ilə Ukrayna arasındakı qaz müharibəsi zamanı və 2012-ci ilin fevralında Avropada anomal soyuqlar səbəbindən ən baha qiymətə satılıb. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə