Dəlilik dolu Amerika (SİYASİ TƏHLİL)

Birləşmiş Ştatlarda vətəndaş müharibəsi qaçılmazdır

2012-ci ilin sonunda «Nyu-york tayms» qəzetində amerikalıları sosial kollapsa çağıran böyük həcmli sensasiyon material cərc olundu. Materiala belə ad seçilmişdi - «Sosial kollaps zamanı şəhərlərdə necə yaşamalı?»

Məqalədə bildirilirdi ki, prezident Barak Obama böyük miqyaslı vətəndaş müharibəsinin qarşısını almaq, totalitarizm təhlükəsindən uzaq durmaq üçün bəzi hazırlıq məqsədi daşımış addımlar atıb. Yazıda eyni zamanda vurğulanırdı ki, bu vəzifələrin həyata keçirilməsi üçün dövlət başçısına 2001-ci ilin 11 sentyabr terroru sonrası yaradılmış nəgəng idarəçilik strukuru olan DHS (Department of Homeland Security) kömək edir. 160 min əməkdaşı, on milyardlıq büdcəsi olan bu qurum Mərkəzi Kəşfiyyat İdarəsinin, Federal Təhqiqatlar Bürosunun, vergi polisinin və müxtəlif federal agentliklərin mühüm həlqələrini özündə birləşdirməsilə səciyyəvidir.

DHS demək olar, qeyri-məhdud hakimiyyətə malikdir. O, hətta ABŞ-ın xaricində də fəaliyyət göstərə bilər. Bu statusun verdiyi imkanlara həbs etmək və fiziki cəhətdən aradan götürmək də aiddir. Təşkilatın ölkə daxilində ayrı-ayrı şəxsləri, xüsusən terrorçu birləşmələrlə əlaqədə şübhəli bilinənləri izlədiyi, missiyası çərçivəsindəki proseslərin reallaşdırılması naminə ən ağlagəlməz iş planlarını qurduğu vurğulanır.

Jeyms Rikkards, Douq Haqman, Cerald Kelente və başqa amerikalı tədqiqatçıların bildirdiklərindən belə nəticəyə gəlmək mümkündür ki, tezliklə ölkənin bir çox vətəndaşları terrorçu elan edilə bilər. Birləşmiş Ştatların iri maliyyə dairələrinin, həmçinin milli kəşfiyyatının məsləhətçisi vəzifəsini tutmuş C.Rikkadrs özünün «Valyuta müharibəsi qlobal böhranın yaradıcısı kimi» adlı kitabında Pentaqonun hesabatlarına əsaslanaraq perspektivin ölkənin milli təhlükəsizliyi baxımından məqbul olmayacağını deyir. ABŞ-ın mühüm beyin mərkəzlərindən sayılan Amerika Sosial-iqtisadi Tədqiqatlar İnstitutunun yaradıcısı və meneceri, bir vaxtlar SSRİ-nin süqut edəcəyini söyləməklə məşhurlaşmış və 1987-ci ildə nəhəng fond birjalarında böhranın baş verəcəyini söyləmiş C.Kelente isə yaxın zamanlarda Birləşmiş Ştatlarda iri miqyaslı vətəndaş müharibəsinin mümkünlüyünü proqnozlaşdırır.

Əlbəttə, bu cür ehtimalların gerçəkləşəcəyini söyləmək üçün əsaslar çoxdur. Ondan başlayaq ki, ABŞ adiministrasiyası, DHS «Vətənpərvərlik aktı» deyilən sənədin şərtlərini və «Terrorçuluğu aradan qaldırmağın informasiya sistemi»ni irəli sürməklə amerikalıların vətəndaşlıq hüquqlarına təhdid yaradan əcnəbilərin hər hansı səbəbsiz və qanuni mühakiməsiz həbsinə artıq icazə verib. Ancaq yuxarıda qeyd edilən proqnozlara önəm verilməsini zəruriləşdirən bir sıra konkret məsələlər də var ki, onların növbə ilə sadalamaq istərdik.

Birincisi, 2011-2012-ci illərdə prezident Obama iki qanun qəbul edib. Onlardan biri «Milli resursların müdafiəyə hazırlanması haqqında», digəri «Müdafiə məqsədləri ilə bağlı səlahiyyətlər haqqında» qanunlardır. Sözügedən sənədlər müvafiq strukturların terrorizmdə şübhəli bilinən hər kəsi saxlamaq, həbs etmək, şübhəlilər barədə təhqiqat aparmağın müxtəlif yollarına əl atmaq səlahiyyətlərini qəti şəkildə rəsmiləşdirir. Qanunların qəbulu dövlət başçısına və DHS rəhbərliyinə fövqəladə vəziyyətlər zamanı əsas milli prinsipləri nəzarətdə saxlamağa imkan yaradır. Qeyd edək ki, Birləşmiş Ştatların fövqəladə vəziyyətlərin idarə olunması üzrə federal agentliyi də DHS-ə tabedir və agentlik öz tərkibində keçmiş SSRİ dövrünün «QULaq»larını xatırladan çoxsaylı həbs düşərgələrini cəmləşdirir. Belə düşərgələr Birləşmiş Ştatların hər yerində fəaliyyət göstərir. Son zamanlar isə onların sayında güclü artım nəzərə çarpır. Dəhşətlisi isə budur ki, hazırda mövcud olan «QULaq» tipli 800 müəssisədə 500 mindən artıq plastik tabutların hazırlandığı deyilir.

İkincisi, 2012-ci ilin 16 mart tarixində ABŞ hökumətinin rəsmi saytında sülh dövrü üçün hərbi vəziyyətlərə dair sərəncam yerləşdirilib. «Resursların milli müdafiəyə hazırlığı» adlı bu sənəd prezidentə ölkə daxilində milli təhlükəsizliyə təhdid yarada biləcək hər bir halın aradan qaldırılmasında müstəsna səlahiyyətlər verib. Dövlət başçısı bu sərəncamla həmçinin bütün dövlət informasiyalarına, daşınmalara, enerji mənbələrinə, o cümlədən neft nəqlinə nəzarəti öz əlində cəmləşdirib.

Üçüncüsü, ABŞ-dakı sonuncu prezident seçkisindən öncə, daha dəqiq desək, 31 oktyabr - 1 noyabr 2012-ci il tarixləri aralığında ölkənin Kaliforniya ştatının San-Dieqo şəhərində anti-terror sammiti çərçivəsində hərbi təlimlər reallaşdırılıb. Həmin vaxt olduqca ilginc səhnə yaşanıb. Belə ki, təlim gedişində şəhərin tərkibindəki rayonlardan birinə amerikalılıların zombiyə çevrilmiş xüsusi dəstələri hücum çəkiblər. Yerli əhalinin heyrətlə canlı ölülər adlandırdıqları bu adamların qarşısını almaq üçün mindən artıq xüsusi təyinatlı, hərbçi və polis hakimiyyət orqanlarının və yerli məmurların rəhbərliyi ilə əməliyyat aparıb. Təlimi reallığa uyğunlaşdırmaq məqsədi daşımış federal qalmaqalın yaradılması prosesində bu qədər zombiləşmiş adamın haradan tapıldığı hələ də müəmmalı qalır. Bildirildiyinə görə, təlimin ssenarisi MKİ, hərbçi orqanlar, təhlükəsizlik korparasiyası sayılan HALO, Xəstəliklərə nazarət və profilaktika mərkəzi tərəfindən hazırlanıb. Sən demə, əhaliyə şəhərə «dəhşətlilərin hücumunun» baş verəcəyinə dair xəbərdarlıq hələ 2011-ci ildən verilibmiş. Təlimdən sonra HALO-nun prezidenti Bred Barker baş verənləri əsaslandırmaq məqsədilə bildirib ki, zombi-apokalipsis baş verəcəyi təqdirdə, o, federal miqyaslı hadisəyə çevriləcək. Buna görə də hazırlıq işləri ön planda dayanmalı, əhali də belə hallara öyrəşikli olmalıdır…

Dördüncüsü, bir sıra məşhur ABŞ telekanalları, məsələn, nüfuzlu «FoxNews» ölkənin iqtisadi siyasətinə qarşı çıxan vətəndaşları artıq indidən «daxili terrorçular» ("domestic terrorists") adlandırmağa başlayıb. Bu vətəndaşlar isə öz növbələrində «vətənpərvər polis» adlı milli zəminli çoxsaylı könüllü hərəkatlarda iştirak edərək yalnız bu qurumların çıxardıqları qərarlara tabe olduqlarını, dövlət təşkilatlarını saymadıqlarını vurğulayırlar.

Beşincisi, bu günlərdə DHS daxili konfliktlərin aradan qaldırılması məqsədilə 450 milyon ekspansiv güllələrin alınmasına maliyyə vəsaiti ayırıb ki, bu güllələr iğtişaşlar zamanı kütlənin total hücumunun qarşısını almaqda real vasitə hesab edilir.

Görünür, hökumət tərəfindən atılan bu addımlar əhali içərisinə də survivalistik (fövqəladə vəziyyətlərə hazır olmaq) toxumları səpir. Bununla bağlı konkret göstəricələri təsir göstərən amillər sırasında iqtisadi böhran da mühüm yer tutur. Belə ki, ABŞ-da iqtisadi böhranın başlanması ilə yerli bazarda odlu silah satışında 40 faizlik artım müşahidə edilib. Obamanın yenidən seçilməsindən sonra isə bu göstəricidə yeni çalarlar nəzərə çarpmaqdadır. Çünki 2013-cü ilin başlanmasına bir həftə qalmış Amerika bloqlarında təxminən bu məzmunlu informasiyalar gedirdi: ölkənin silah satışı üzrə iri mağazalarında satış 1000 faiz artıb; insanlar saatlarla növbəyə dururlar ki, yalnız silah alsınlar; silah satışı mağazalarının internet səhifəsinə nəzər salın, demək olar, bütün silahlar satılıb qurtarıb.

ABŞ-ın məşhur «Chicago Tribune» nəşrinin silah satışını həyata keçirən nüfuzlu kompaniyalardan birinə istinadən verdiyi məlumata görə, təkcə 2013-cü ilin yanvarında Birləşmiş Ştatlarda yalnız güllə satışı son 3,5 il ərzindəki göstəricini üstələyib. Sorğu mərkəzləri bildirirlər ki, yüksələn statistika Konnektukut şəhərində uşaqların öldürüldüyü kütləvi qətliamla əlaqədardır. Ümumi hesablamalar isə onu göstərir ki, ABŞ-da 2013-cü ilin ilk ongünlüyü ərzində əhali tərəfindən 10 milyon ədəd odlu silah və milyardlarla sursat alınıb. Fevral ayının əvvəllərinə olan göstəriciyə gəldikdə, hər 1,5 saniyəyə bir silah satılıb. Bu, ölkə tarixində indiyədək görünməmiş, analoqu olmayan haldır.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə