Teleaparıcı Ulviranın əri xəstəxanada olay çıxarıb

Teleaparıcı Ulvira Qarayeva yanvarın 11-nə keçən gecə bıçaqlanan həyat yoldaşı Tərlan Dağlı ilə boşanmaq qərarına gəlib. Bu barədə aparıcı ANS-in “Günəbaxan” verilişinin canlı efirində bildirib: “Hadisə baş verən gecə mən xəstəxanaya, onun yanına getmədim. Çünki aramızda anlaşmazlıqlar var idi. Özünü qəribə aparırdı, bəlkə də bu onun yaşı ilə əlaqədardır. Arabir yalan da danışırdı. Hadisə baş verəndən bir gün əvvəl aramızda əməlli-başlı problem yaranmışdı. Birlikdə anamın yanına getdik. Anam dedi ki, yola getmirsinizsə, heç olmasa, bir-birinizə bir həftə vaxt verin”.U.Qarayeva baş vermiş cinayətin törədilməsində onun əlinin olmasını iddia edən kütləvi informasiya vasitələrini məhkəməyə verəcəyini də bildirib. Ayrılmaq məsələsinə gəldikdə, aparıcı həyat yoldaşının sağalmasını gözlədiyini dedi: “İndi nə isə demək istəmirəm. Qorxuram dəlilik etsin. Dünən də xəstəxanada dəlilik edib. Heç kim sakitləşdirə bilmirmiş onu”.U.Qarayeva deyib ki, evli olduğu iki ay yarım müddətində onun günləri heç də xoş keçməyib və çoxlu problemi olub.

 Qeyd edək ki, yanvarın 11-nə keçən gecə Bakıda bıçaqlanan meyxanaçı Tərlan Dağlının polisə yalan məlumat verdiyi üzə çıxıb. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, araşdırmalar nəticəsində bəlli olub ki, 1990-cı il təvəllüdlü Bakı sakini Mustafayev Tərlan Ağa oğlunun Nərimanov rayonu ərazisində deyil, Yasamal rayonu ərazisində bıçaqlanıb. T.Dağlı polisə yalan məlumat verərək bildirib ki, hadisə metronun “Gənclik” stansiyası yaxınlığında, McDonalds restoranının arxasında olub. Lakin polis onun yalanını üzə çıxarıb və hadisənin əslində metronun Elmlər Akademiyası stansiyasının yaxınlığında baş verdiyini müəyyənləşdirib. Buna görə də toplanmış materiallar ərazi aidiyyatı üzrə Yasamal rayon Polis İdarəsinə göndərilib. Yanvarın 11-nə keçən gecə bıçaqlanan T.Dağlı özünü taksi ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. Buradan da polisə yaralının daxil olması barədə məlumat verilib.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə