Aygün Kazımovanın qardaşı dələduzluğa görə həbs edildi

Azərbaycanın xalq artisti Aygün Kazımovanın qardaşı həbs edilib. Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Anar Süleymanov məlumat verib.Onun sözlərinə görə, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir. Bakı şəhərində tikinti işləri ilə məşğul olan K. Kazımov vətəndaşlara külli miqdarda ziyan vurub. Onun bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətdiyi bildirilir. İstintaqdan boyun qaçırdığı üçün məhkəmə onun barəsində axtarış elan edib. Xətai Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili A. Süleymanovun rəhbərlik etdiyi əməliyyat qrupu onu tutaraq istintaqa təhvil verib. K. Kazımovun barəsində həbs-qətimkan tədbiri seçilib. A. Süleymanov vətəndaşlara müraciət edərək K. Kazımovla bağlı şikayəti olan şəxslərin Xətai Rayon Polis İdarəsinə müraciət etməsini xahiş edib.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə