İkinci Dünya Müharibəsindən qalma 100 kiloqramlıq bomba tapılıb

 

Almaniyanın paytaxtı Berlinin mərkəzi dəmiryol vağzalının yanında İkinci Dünya Müharibəsi zamanından qalma yüz kiloqramlıq bomba tapılıb. Bu barədə məlumatı Almaniyanın kütləvi informasiya vasitələri yayıblar.

168.az xəbər verir ki, hadisə ilə əlaqədar olaraq şimal istiqamətinə gedən qatarların hərəkətini iki saat müddətində ləngitmək qərarı verilib. Hazırda bombanın tapıldığı ərazini polis nəzarətə götürüb. Ehtimal edilir ki, təhlükəsizlik səbəbindən bomba yerindəcə partladılacaq.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə