66 il kişi kimi yaşayıb, qadın olduğundan xəbərsiz olub (ŞOK)

Honkonqda qasığından cərrahiyyə əməliyyatı keçirmiş 66 yaşlı kişiyə qadın olduğunu bildiriblər. Qarnının ölçüsünün böyüməsindən şikayət edən xəstədə əməliyyat zamanı yumurtalıq kistası aşkarlanıb (BBC).

Adı açıqlanmayan kişidə iki irsi xəstəlik müəyyənləşib. Xəstəliklərdən birincisi, Terner sindromudur ki, onun nəticəsində doğulmuş qadınlarda yalnız bir «X» xromosomu olur. Mövcud sindromlu kişilər bir qayda olaraq qadına oxşayırlar. Kişidə eyni zamanda  böyrəküstü köklərin anadangəlmə hiperplazı da aşkarlanıb. Bu isə orqanizmin daha çox kişi hormonu istehsal etməsinə səbəb olur. Nəticədə insan kişi kimi görünür.

Qeyd edək ki, Honqonqa müalicə üçün gələn kişi əslən çinlidir. Onun boyu 1 metr 37 santimetrdir. Üzündə saqqalı olan şəxs çox da böyük olmayan penisə də malikdir. Özünün bioloji cəhətdən qadın olduğunu öyrənən çinli kişi olmağa üstünlük verib. O, gələcəkdə daha çox kişi hormonları qəbul etmək niyyətindədir.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə