Beynəlxalq Nelson Mandela Günü, yaxud Halibalanın 95 illik yubileyi

 

Bu gün Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti, sülh üzrə Nobel mükafatı laureatı Nelson Mandela 95 illik yubileyini qeyd edir. Əlamətdar gün münasibətlə onun vətənində «67 dəqiqəlik xoş iş» aksiyası keçiriləcək ki, bu isə Mandelanın 67 illik aktiv siyasi fəaliyyəti, xüsusən də aparteid, yəni irqi ayrıseçkiliklə mübarizəsilə bağlıdır. Mövcud aksiya çərçivəsində hakimiyyət kasıb ailələrə ev verəcək, məktəb binalarının və yeni körpülərin açılışını edəcək.  Onu da deyək ki, 2009-cu ildə BMT-nin Baş Assambleyasının təşəbbüsü ilə 18 iyul tarixi Beynəlxalq Nelson Mandela günü kimi qeyd edilir. 

Nelson Mandela hazırda xəstəxanada müalicə alır. Ötən il dekabrın ilk günündən başlayaraq böyük afrikalının adının yalnız səhhəti ilə bağlı məsələlərdə çəkilməsi isə təsadüfi deyil. Əlbəttə, səhhətində problemləri var. Yaş o yaş deyil. Mandelanın həyatının 95 ili heç də rəvan olmayıb. Bu mənada uzun sayılacaq ömür sürə bilməsi haradasa böyük nəticə və daxilən möhkəmllik əlaməti sayıla bilər. Hərçənd onun həyat yoluna diqqət yetirəndə düşünmək olardı ki, 95 ümumiyyətlə olmayacaq. Axı, aperteidlə (irqi ayrıseçkilik) mübarizəni özünün həyat amalına çevirmiş bu adam uzun müddət birmənalı qarşılanmamaqdan irəli gələn məziyyətlərlə üzləşib.

Liderin doğumu

Nelson Mandela 1918-ci ilin iyulunda CAR-da doğulub. Yeni dünyaya gəlmiş körpəyə Halilala adını veriblər ki, bu, yerli dildə ağacların budaqlarını qıran adam mənasını verir. Atası kifayət qədər geniş ailə şəbəkəsinə məxsus adam kimi tanınıb. Dörd həyat yoldaşına sahib kişi 13 övlad atası olub. Mandela üçüncü həyat yoldaşı Nkademadan dünyaya gəlib. Uşağa Nelson adını isə məktəb müəllimi verib. Təbii ki, həmin vaxt Böyük Britaniyanın CAR-a böyük təsiri öz sözünü deyib.

Nelson Klakberi Universitetinin tərkibində yaradılmış metodika məktəbində oxuyur və kiçik orta təhsil sertifikatını əldə edir. 1930-cu illərdə Fort-Boforta gələn Mandella təhsilini metodika kollecində davam etdirir. 1939-cu ildə ölkənin ən nüfuzlu ali məktəblərindən sayılan və qaradərililərin də təhsil ala bildiyi Fort-Heyr Universitetinə daxil olur.

Universitet illərinə aid materiallar N.Mandellanın siyasi fəaliyyətə başladığını təsdiqləyən bir qədər utancaq çıxışların mövcudluğundan xəbər verir. Fort-Heyrdə universitet rəhbərliyinə qarşı tətillərə qoşulur. Ancaq tələbələrin nümayəndələr şurasına keçirilən seçkinin nəticələri ilə razılaşmadığından ali məktəbdən uzaqlaşır və Yohannesburqa yollanır. Burada qızıl emalı şaxtasında işləyir. Sonradan yaxınlarından birinin köməyi ilə şəhərdəki hüquq firmasına işə düzəlir. Firmada işləyə-işləyə 1942-ci ildə qiyabi təhsilini başa vurur və 1943-cü ildən Vitvatersrand Universitetində təhsil almaq hüququ əldə edir ki, gələcək siyasət yoldaşlarının bir çoxu ilə tanışlığı məhz buradan başlanır.

Nelson Mandelanın siyasi fəaliyyəti

Nelson Mandela fəal siyasi fəaliyyətinə 1944-cü ildə Afrika Milli Konqresinin gənclər liqasına qoşulmaqla başlayır. Həmin ildən qaradərililərin hüquqlarının müdafiəçisinə çevrilir və ölkənin Milli Partiyasının apardığı aparteid siyasətinə əks cəbhədə dayanır.

1950-1960-cı illər böyük afrikalının həyatında təqiblər və həbslər mərhələsi kimi yadda qalır. 1960-cı ildə Şarpevildəki nümayişlər zamanı polisin açdığı atəş nəticəsində 67 nəfər dünyasını dəyişir. Bu hadisədən sonra AMK-ya rəsmi qadağa qoyulur və Nelson gizli fəaliyyətə keçmək məcburiyyətində qalır. 1961-ci ildə təşkilatın hərbi qanadı formalaşdırılır ki, ona rəhbərliyi məhz Mandela edir. Burada onu da demək lazımdır ki, qəhrəmanımız özünün siyasi fəaliyyətinin ilk çağlarında Hindistan lideri Mahatma Qandinin zülmkarlığa qarşı zorakılığın tətbiq edilməməsinə dair baxışlarının müdafiəçisi olmuşdu.

1962-ci ildə həbs olunmuş Mandela iki ildən sonra uzun müddətə azadlıqdan məhrumetmə cəzasına layiq görülür. Qaradərili lider ümumən 27 il həbsxana həyatı yaşayır ki, onun 18 ilini Ümid burnu yaxınlığındakı Robben adasında keçirir. Maraqlıdır ki, Mandela həbs müddətində London Universitetində qiyabi təhsil alaraq hüquq elmləri üzrə bakalavr dərəcəsinə yiyələnir.

1982-ci ildə Mandelanı Polsmur həbsxanasına köçürürlər. 1985-ci ildə CAR-ın o zamankı prezidenti Piter Bota ona siyasi fəaliyyətdən uzaq durmaq müqabilində azadlıq vədini verir. Qaradərili lider razılaşmır. Amma bu adamın həbsdən azad edilməsi istiqamətində səylər getdikcə daha geniş vüsət alır. Müxtəlif beynəlxalq təşkilatlar məsələ ilə əlaqədar CAR hakimiyyətinə təzyiqlər göstərməyə başlayırlar. Nəhayət, 1990-cı ildə ölkə prezidenti Frederik de Klerkin fərmanı ilə nəinki Mandela azadlığına qovuşur, eyni zamanda aparteidə qarşı mübarizə aparan bütün siyasi qurumların, o cümlədən AMK-nın fəaliyyəti leqallaşır.

N.Mandela həbsdən çıxdıqdan sonra AMK-ya rəhbərlik etməyə başlayır və 1993-cü ildə prezident de Klerklə birlikdə sülh üzrə Nobel mükafatı laureatı adına layiq görülür. 1994-cü ildə CAR-dakı parlament seçkisində AMK-nı seçicilərin 62 faizi dəstəkləyir. Nəticədə Nelson Mandela ölkənin ilk qaradərili prezidenti kimi tarixə düşür. Dövlət başçısı postunda 1999-cu ilədək qalan lider zəncilərin hüquqlarının barışmaz müdafiəçisi kimi bütün dunyada böyük hörmət qazanır. Mandelanın prezidentliyi dönəmində CAR-da kasıblığın aradan qaldırılmasına kifayət qədər böyük məbləğdə maliyyə vəsaiti xərclənir. Həmçinin ölkənin aborigen əhalisinin təhsil, səhiyyə və sosial hüquqlarının təminatına yönələn geniş miqyaslı layihələr reallaşdırılır.

1999-cu ildən sonra isə N.Mandela AİDS xəstəliyi ilə bağlı müxtəlif aksiyalarda iştirak edir. 2009-cu ildə BMT-nin Baş Assambleyası 18 fevral tarixini Beynəlxalq Mandela Günü kimi elan edir. Bununla da onun azadlıq, insan haqları və demokratiya uğrunda müstəsna xidmətləri layiqli şəkildə qiymətləndirilmiş olur.

Əlbəttə, bu günün təsbiti ilə N.Mandelanın əməyinə dəyər mənasında ən böyük işin görüldüyünü birmənalı şəkildə söyləmək doğru sayılmaz. Həm də ona görə ki CAR-ın qaradərili prezidentdən sonrakı durumu ortaya onun ideyalarından tamamilə uzaq mənzərəni canlandırır.

Hazırkı CAR Mandelanın ideallarından uzaqdır

Təəssüflə qeyd etməliyik ki, yarımbaşlıqda gedən fikir özünü tam mənada doğruldur. Artıq ölkədə əks vəziyyət müşahidə olunur. Diqqət yetirək: 2012-ci ilin əvvəlində Beynəlxalq Haaqa Məhkəməsində CAR-ın burlar-afrikanyorlar adlandırılan ağdərili əhalisi tərəfindən ölkənin hakim partiyası olan AMK-ya qarşı iddialar irəli sürülüb. Bildirilib ki, hazırda ölkənin ağ əhalisinə qarşı aparteid gerçəkləşdirilir.

Son 18 ildə CAR-ı 1 milyondan artıq ağdərili tərk etmək məcburiyyətində qalıb, öldürülənlərin sayı on minlərlədir. Sosial problemlər məngənəsində boğulan ölkədə korrupsiya və cinayətkarlıq adi hal alıb…

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə