Zaqatalada yol qəzası baş verib, bir nəfər ölüb, dörd nəfər yaralanıb

 

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda bir nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
 
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun 130-cu kilometrliyində, Zaqatala rayonu Mazıx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qax rayon sakini, 1990-cı il təvəllüdlü Abdurəhmanov Malik Camal oğlu idarə etdiyi “Mersedes” markalı, 34 BC 927 nişan dövlət nömrəli avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən, avtomobilin hərəkət istiqamətini itirərək yolun kənarındakı ağaca çırpıb. Baş vermiş qəza nəticəsində avtomobildə olan sərnişin, 1962-ci il təvəllüdlü, Qax rayonu Zəyəm kənd sakini Abdurəhmanov Camal Şirin oğlu aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Avtomobilin sürücüsü və 1977-ci il təvəllüdlü, Qax rayonu Zəyəm kənd sakini Ramil Rəsul oğlu Şamilov və 1973-cü il təvəllüdlü qax rayonu Lələpaşa kənd sakini Etibar Ağakişi oğlu Şirinov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan xəstələrin vəziyyəti orta-ağırdır.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin təhqiqat və istintaq bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə