156-cı mənzilin sahibinin adı bəlli oldu

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən jurnalistlər üçün inşa edilmiş binada 156-cı mənzilin sahibi məlum olub. Movqe.az bununla bağlı Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ilə əlaqə saxlayıb. V. Səfərli Movqe.az-a eksklüziv açıqlamasında  bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən jurnalistlər üçün Bibiheybət qəsəbəsində inşa edilmiş binada 156-cı mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənova verilib: "Cənab Prezident bu barədə müvafiq göstəriş verib və jurnalistlər üçün inşa olunmuş binadakı 156-cı mənzil  "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənova təqdim edilib. Beləliklə bütün mənzillər tam şəkildə paylanmış olub".  

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə