27 Nobel mükafatı laureatı Putindən xahiş edir ki…

Müxtəlif ölkələrdən olan 27 Nobel mükafatı laureatı Rusiya prezidenti Vladimir Putinə müraciət edərək onu homoseksuallığın təbliğinə qadağa ilə bağlı qanunun ləğvinə çağırıblar. Alimlər bu fikirdədirlər ki, qanunun tətbiqi ölkədəki mavilərə qarşı aqressiv münasibət formalaşdırır.

Rusiyanın dövlət başçısına ünvanlanmış açıq məktubda SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun da açıb çəkilir. O, XXI əsrin humanitar və siyasi dəyərləri uğrunda mübarizə aparan şəxs kimi qələmə verilib və bildirilib ki, Rusiya dövlətinin həmin dəyərləri anlamasının vaxtı gəlib çatıb.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə