“Zərdabi Mətbuat Mərkəzi” İB mətbuatda ana dili məsələsinə diqqət yetirəcək

Qurum QHT Şurasının maliyyə dəstəyilə yeni layihənin icrasına başladı

“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi” layihəsinə start verib.

Mart-iyun ayları ərzində gerçəkləşdiriləcək layihədən məqsəd ölkənin mətbuat orqanlarında Azərbaycan ədəbi dilinin normalarını qorunması ilə bağlı meylləri müəyyənləşdirməkdən, mövcud problemlər barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etməkdən ibarətdir. Bununla mediada ədəbi dilin normalarının pozulmasına qarşı ictimai qınaq metodlarının effektivliyini artırmaq, neqativ cəhətlərin aradan qaldırılmasında ictimai aktivliyin yüksəldilməsinə dəstək göstərmək nəzərdə tutulur.

Qeyd edək ki, layihə çərçivəsində qoyulan məqsədə çatmaq üçün paytaxtla yanaşı, Lənkəranda və Şəkidə “Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda “dəyirmi masa”lar təşkil olunacaq.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə