Jurnalist Qadınlar Assosiasiyasından xoşməramlı aksiya

Jurnalist Qadinlar Assosiasiyasının təşkilatçılığı ilə bir qrup əlil uşaq (valideynləri ilə birlikdə) Türkiyəyə yola düşdü. Səfər çərçivəsində əlil uşaqlar şənliklərdə iştirak edəcəklər və ROMMER fizik tədavi və reablitasiya mərkəzində "çekap" müayinə olacaqlar.

Müayinədən sora əlil uşaqların valideynləri ilə doktorların görüşü keçiriləcək. Türk doktorlar tərəfindən əlil uşaqalara qayğı göstərilməsi, valideynlərin nələrə fikir verməsi, uşaqlarına hər gün hansi idman hərəkətlərinin etdirilməsinin vacibliyi və s. məsələlər haqda məlumat veriləcəkdir.

Həmçinin bu cür uşaqların valideynlərinə psixoloji durumunun pozulmaması və mənəvi sarsıntılardan qorunması üçün onlara psixoloq məsləhətləri də veriləcək. Bundan başqa əlil uşaqlara tibbi cihazların köməyi ilə az müddətli seanslar təşkil ediləcək. Əlillərn bu cihazlara bədənin reaksiyası öyrəniləcək. Onlar bir neçə gün boyunca müalicəsi təşkil ediləcəkdir. Türkiyədə həyata keçiriləcək proqram Bursa şəhər valiliyinin və Umuda addım cəmiyyətinin dəstəyi ilə həyata keçiriləcəkdir.

Qeyd edək ki, Jurnalist Qadınlar Assosiasiyasının mövcid təşəbbüsü çərçivəsində "heç olmasa bir əlilə bilet alaq" aksiyasına dəstək olanlar içərisində Milli Məclisin deputatları - Gülçöhrə Məmmədova, Çingiz Qənizadə, Azay Quliyev olub. 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə