Ruslan Abışov: “Əli Gökdəmir həmin epizodda tələsdi”

Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində Rusiyaya məğlubiyyətdən (0:1) sonra apasport.az saytına mesahibə verib.

- Rusiya ilə oyunu necə dəyərləndirərdiniz?

- Çətin olacağını bilirdik. Rusiya evdə çox yaxşı təsir bağışlayır. Bizdən öncə də Portuqaliyanı məğlub etmişdilər və yığmamızla oyuna daha inamla çıxmışdılar. Bu da hiss olunurdu. Ancaq nəticə qazana bilərdik. Ən azı 1 xal qazanmaq istəyirdik. Təəssüf ki, son dəqiqələrdə penaltidən vurulan qol matçın taleyini həll etdi.

- Həmin epizodu nəyin nəticəsi sayırsınız?

- Məncə, Əli Gökdəmir həmin epizodda tələsdi. Həmin hərəkəti eləməsəydi də, rusiyalıların qol vurmaq şansı çox az idi. Artıq qoldan sonra onlar rahat oynamağa başladılar. 

- Kapitan Rəşad Sadıqovun yoxluğunda müdafiənin mərkəzində oynadınız. Öz çıxışınıza necə qiymət verərdiniz?
- Mənim üçün həmin mövqedə oynamaqda heç bir problem yox idi. Düzdür, həmin mövqedə bir az təcrübəsizlik var. Ancaq belə götürəndə, hər şey qaydasında idi.

- Cari seçmə mərhələdə müdafiə xəttimiz yaxşıdır və bunun nəticəsidir ki, güclü yığmalar bizə qol vurmaqda çətinlik çəkirlər. Ancaq hücumçularımızın oyunu alınmır...
- Sizinlə tamamilə razıyam. Qabaqda top qalmayanda, artıq bütün ağırlıq müdafiənin üzərinə düşür.

- Qarşıdan Şimali İrlandiya ilə səfər oyunu gəlir ki, bu rəqib Portuqaliyada 1:1 hesablı heç-heçə etməklə sürprizə imza atıb...

- Həmin nəticədən xəbərim var. Bizim üçün çətin olacaq. Ardıcıl ağır oyunlarımız gəlir. Biz də istəyirik ki, maksimum nəticələr qazanaq. Artıq 2 səfər oyunumuz oldu. İndi Şimali İrlandiya ilə matç gəlir. İnşallah, yaxşı hazırlaşıb, orda tam fərqli oynayıb, yaxşı nəticə qazanmaq olar.

- Millimiz bu ili artıq başa vurmaqdadır. Qarşıdan nəyə ümid etmək olar?

- Mənə elə gəlir ki, bu oyunlara yaxşı hazırlaşmağa qarşıda vaxtımız olacaq. Şimali İrlandiya yığması hardasa bizim səviyyəmizdədi. Onlarla yaxşı, fərqli futbol oynamaq lazımdır. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə