Kurban Berdiyev: “Neftçi”yə qalib gələcəyimizə əmin deyiləm"

Bu gün “Rubin”in baş məşqçisi Kurban Berdıyev Avrolianın qrup mərhələsində “Neftçi” ilə oyun öncəsi mətbuat konfransı keçirib.

-Son oyunda meydana çıxmayan əsas qapıçınız Sergey Rıjikov özünü hiss edir?

- O, zədələnmişdi, bu gün məşqdə iştirak edəcək.

- Aydın məsələdir ki, Avroliqa başqa turnirdir. Ancaq Rusiya çempionatında ardıcıl 4 məğlubiyyətdən sonra psixoloji durum necədir?

- Mən demişəm ki, biz bir yarışdan o birinə keçməyi bacarırıq. Son oyundan komandamdan razıyam. Məncə, problem olmamalıdır.

- “Neftçi” haqda nə məlumatınız var? Son oyunlarını izləmisiniz? Oyuna köklənməyiniz necədir?

- “Neftçi”ni yaxşı tanıyırıq. Oyunları izləmək üçün adam göndərmişik. Yaxşı məlumatımız var. “Neftçi” güclü komandadır. 

- Çoxları deyir ki, “Neftçi” komanda oyunu oynayır. Ancaq orada təhlükəli futbolçular var. Kimdən çəkinirsiniz?

- Bu sualın cavabı fikirlərinizin birinci hissəsindədir. “Neftçi” kollektiv oyunla güclüdür. Ancaq onunla bərabər, hər mövqedə güclü futbolçular var. Onlar taleyinin həll edə bilərlər.

- Siz hələ SSRİ çempionatında “Neftçi”yə qarşı oynamısınız. O vaxt üzləşdiyiniz “Araz”ın heyətində Böyükağa Hacıyevlə oyunları necə xatırlayırsınız? 

- Çox yaxşı xatırlayıram. Mənim “Neftçi”, orada oynamış futbolçularla çox yaxşı münasibətlərim var. Yaxında dostlarım tərəfindən Bakıya dəvət olunmuşdum. Bu, “Avrovizion” müsabiqəsindən əvvəl idi. Şəhəriniz necə gözəlləşmişdisə, onu tanımadım. “Neftçi”yə, Bakıya, Azərbaycana böyük hörməyim var.

- “Neftçi”nin heyətində sizə ən yaxşı tanış futbolçu vaxtilə “Rubin”də rəhbərliyiniz altında oynamış Bahodir Nasimovdur. Sizcə, özbək hücumçunun zədə üzündən sabah oynamamağı nəticəyə təsir göstərə bilərmi?

- Bahodir yaxşı futbolçudur. Sözsüz ki, onun oynamamağı “Neftçi” üçün itkidir. Ancaq komandanızın səviyyəli hücumçular var. Nasimovsuz da “Neftçi”nin hücum xətti təhlükəlidir.

- “Neftçi” tarixində “Rubin”lə 4 dəfə oynayıb. Kazanlılar bu matçların heç birində qalib gəlməyib. Bu fakt sizin üçün önəm daşıyır?

- Yox. 

- Sizi Qurban bayramı münasibəti ilə təbrik edirik. “Neftçi”nin güclü tərəfindən danışdınız. Bəs zəif tərəfləri?
- Mən də fürsətdən istifadə edib, sizləri Qurban bayramı münasibəti ilə təbrik edirəm. Hər bir komandanın zəif tərəfləri var. 

- MOİK-lə matçda oynamayan Salomom Rondonun yoxluğunda hücumun mərkəzində Gökdəniz Karadəniz oynadı. Bu dəfə necə olacaq?

- Unutmayaq ki, Gökdəniz “Trabzonspor”da mərkəz hücumçusu oynayıb. Salomona uçuşları, saat fərqini nəzərə alaraq, onu istirahət elədik. Özünü narahat hiss etdiyinə görə meydana buraxmadıq. O, səviyyəli futbolçudur və istənilən yerdə oynaya bilər. 

- Siz 2 oyuna 4 xal qazanmısınız. Bu dəfə qazanılacaq qələbə qrupdan çıxmağı təmin edə bilərmi?

- Gəlin, bu haqda oyundan sonra danışaq. Bizi çox çətin oyun gözləyir və buna hazırlaşırıq. 

- Sizə Berti Foqtsdan əvvəl milli komandamızın baş məşqçisi postunun təklif olunmağı barədə məlumat doğrudur?

- Yox.

- Oyun Avroliqanın qrup mərhələsində ilk dəfə müsəlman, türk məşqçilərin dueli kimi tarixə düşəcək. Bu, sizin üçün hansısa önəm daşıyır?

- Yox. Mən buna önəm vermirəm. “Neftçi” APOEL-lə səfər oyununda daha çox əks-hücumlarda oynayaraq, 3:1 hesabı ilə qələbə qazandı. Bunu layiqli sayıram. Bizim son oyunlarda qol vurmağımız problem deyil. Mən adəti üzrə mətbuat konfranslarında sakit, təmkinliyəm. Əmin deyiləm ki, sabah birmənalı biz qalib gələcəyik. “Neftçi” güclü komandadır və yaxşı futbol oynaya bilir. Biz də qələbə qazanmağa çalışacağıq. Təbii ki, biz ilk növbədə öz adımız yox, Rusiyaya görə oynayırıq. 

apasport.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə