Qusmanla İsrail prezidentinin söhbətindən: «Oğlum, bütün ömrün boyu yəhudi ol»

Şimon Peres: «Tanrı bizlərin hər birinə yaşamaq üçün 350 milyon dəqiqə verib»

"Yaxın Şərqdə artıq diktatorlar yoxdu. İndi diktator olmaq çox çətindir"

"Çobanlıq etmişəm, istəmişəm ki, şair və ya memar olum"

"Yəhudilər qane ola bilməzlər"

"Çünki ölkənin müsəlmanları gediblər, səs veriblər, yekunda ac qalıblar"

"İnsan bütün digər var-dövləti üstələyən var-dövlətdir. Biz bunu öyrənmişik"

Şimon Peres - 65 illik təcrübəsi olan qocaman siyasətçi, İsrail prezidenti. Ölkənin doqquzuncu dövlət başçısıdır. Uzun illər Knessetin (parlamentin) üzvü olub, neçə-neçə Nazirlər Kabinetini yola salıb. 168.az Ş.Peresin «İTAR TASS»ın baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi eksklüziv müsahibədən bəzi maraqlı məqamları təqdim edir:

- Bu günlərdə Sizin İsrail prezidenti kimi fəaliyyətə başlamağınızın 5 ili tamam olur. Bildiyim qədərilə ötən müddətlə bağlı geniş hesabatınız hazırlanıb. Oradakı rəqəmlərə diqqət yetirmişəm. Açığı, onlar heyrət doğurur. Mənə jurnalist kimi bu cəhət daha maraqlıdır: jurnalistlərlə 1099 görüş keçirmisiniz. Görürəm, bu günkü müsahibəmiz yubiley görüşü - 110-cudur. Belə böyükmiqyaslı fəaliyyət üçün enerjini haradan alırsınız?

-  Anlaya bilmirəm, insanlar şənliyə necə vaxt tapırlar. Vaxtı daha maraqlı işləməyə tapıram, tənbəlliyə görə yox. Tanrı bizlərin hər birinə yaşamaq üçün 350 milyon dəqiqə verib. İnsan düşünməlidir ki, bu müddətdə nə etsin. Həmin vaxtı boşuna da sərf etmək mümkündür. Zənnimcə, özündə intizam yaratmaq vaxtı fövdə verməmək baxımından vacibdir. Yorulmaq isə psixoloji haldır. Yorulmuram. Psixoloji yorğunluğum olmur. Çünki marağımın, maraqlı olmaq istəyimin sonu yoxdur. Bəli, o da var ki, marağımı təmin etmək üçün vaxtım qalmır. Baxırsan, gün qurtarıb.

- Eşitmişəm ki, babanız Sizi - 11 yaşlı oğlanı müqəddəs torpağa yola salarkən xüsusi sözlər deyib. O sözlər yadınızdadırmı?

- O mənə dedi: «Oğlum, bütün ömrü boyu yəhudi ol».

- Bildiyim qədərilə babanızın vəsiyyətini yerinə yetirmisiniz. Təsəvvür edə bilirsinizmi ki, Sizin qarşınızda İsrail dövlətini yaratmaq missiyası durmuşdu?

- Mənim hətta belə niyyətim də olmayıb. Torpaq sahibi, təsərrüfatla məşğul olmağı düşünmüşəm. Çobanlıq etmişəm, istəmişəm ki, şair və ya memar olum. Heç vaxt siyasətçi, hökumət və dövlət rəhbəri olmağı arzulamamışam. Amma müqəddəs torpaqda baş verənlər arzularımın fövqündə dayanıb. Bilmirəm, idarə edən insan kimi müəyyən yükün altında qalmaq necədir. Hesab edirəm ki, insanların həyatını yaxşıya çevirmək cəhdi dəyərləndirilməyə layiqdir. Özümə hesabat verəndə yaxşı işlər görməyi, ümumi işə xeyir gətirməyi, insanlara faydamın keçməsini, köməklik göstərməyi düşünürəm, onların üzərində hakimiyyət qurmağı yox.

- İsraildə də, Rusiyada olduğu kimi 9 May faşizm üzərində qələbə gününü bayram edirlər. Bu bayram həyatınızda iz buraxıb. Atanız konslagerdə olub…

- Atam konslagerdə olmayıb. Əsir düşüb və hərbi əsirlər üçün olan düşərgədə saxlanılıb. İki dəfə qaçıb. İkinci dəfə qaçanda tutulub və ona güllələnmə cəzası verilib. Bu, Qırmızı Ordunun Berlinə daxil olduğu vaxtlar idi. Güllələmə tağımı atamın da öldürüləcəyi əmri yerinə yetirməyə hazır vəziyyətə gətiriləndə rus əsgərlərinin «silahları yerə atın!» çağırışları səslənib. Beləcə atam sağ qalıb.

Amma mən belə deyim: məsələlər barədə bütöv mühakimə yürütmək lazımdır. Hamımızın öz zəifliyi və səhvləri var. Yalnız böyük rus xalqını, nəhəng Rusiya dövlətini, xirstian torpağını təsəvvürə gətirmək gərəkdir. Min il ərzində rus xalqı təqibə məruz qalan yəhudi xalqına sığınacaq verib. Yəhudilər çox yerlərdən köç ediblər, amma Rusiyada qalaraq məskunlaşıblar. Demirəm, ruslar vəziyyətdən məmnun olublar, amma insani davranıblar. Yəhudilərə ivrit dilində məktəb açmaq, qəzet buraxmaq, partiya formalaşdırmaq imkanı yaradıblar. Diqqət yetirək, bunlar heç də sadə məsələlər deyil. Almanlar həmişə məkdəniyyətdən, alman mədəniyyətindən söz açıblar. Bu yerdə biz ziyalılığa qayıtmalıyıq, danışıqlarla münasibətlərin fərqliliyinə diqqət yetirməliyik. Əlbəttə, Rusiyada yəhudilər barədə gündəmə gətirilmiş bağışlanılmaz tənqidləri də yada salmaq olar. Dələduzlar hər yerdə var. Bəli, amma digər tərəfdən, insanlıq münasibətlərinə də baxın. Xalqımız min ildir, Rusiyada sığınacaq tapır. Buna görə mən rus xalqına minnətdaram. Müharibədə qələbə üçün rusların zəhmətini də yüksək dəyərləndirirəm. Bütün xalqlar savaşmışdı, ammar rus xalqının xidməti çox böyük idi. 30 milyon ölü, böyük sayda yaralı, əlsiz, ayaqsız adamlar, dul qalmış qadınlar, yetimlər, dağıdılmış şəhərlər - Rusiyanın taleyinə düşənlər dəhşətlidir, qorxuncdur. Yəhudi xalqı da dəhşətlərə şahidlik edib. Alçaq nasistlər onun nümayəndələrindən altı milyonunu məhv ediblər. Bizi qaz kameralarına salıblar. Bütün bunlar mənə bir an belə rahatlıq vermir. Buna görə də ürəyimdə rus xalqına daha çox minnətdaram.

Əlbəttə, Rusiyanı da tənqid etmək olar, bizi də. Amma məsələ bunda deyil. Mən rus xalqına tarixi nöqteyi-nəzərdən təşəkkür bildirməkdən danışıram. Tarixin hökmü çıxarılıb. Min il, bu tarixdir, bir və ya beş il deyil. Dini və demoqrafik ayrılığın fonunda xalqlarımız arasında çox qəribə yaxınlıq var. Həmin yaxınlıq birbaşa insana münasibətdir ki, bunu ruslar ziyalılıq adlandırırlar və bu, çox vacib cəhətdir.

- İsrail yaşamaq hüququnun olduğunu təsdiqləyib. İsrail cəmiyyəti dəyişir. Cənab prezident, Siz də bu dəyişikliklərin şahidisiniz. Ümumilikdə İsrail cəmiyyəti necə dəyişib? Müasir israilli kimdir?

- Bilirsiniz, biz müqəddəs torpağa gələndə burada heç nə yox idi. Nə su, nə torpağın becərilməsi üçün şərait, nə qızıl, nə neft. Ancaq əks, düşmən mövqe tutan əhatəmiz vardı. Özümüz də iqtisadi cəhətdən geri qalırdıq. Heç nəyi malik deyildik, hətta müdafiə olunmaq üçün silaha da. O zaman biz müəyyənləşdirdik ki, ən böyük təbii sərvətimiz insanımızdır. İsrail insanların torpağı varlı etdiyi ölkədir. Torpaq insanlar varlı etməyib. Buna görə də müzakirə üçün iqtisadçı ilə peyğəmbər arasında seçim aparmalı olsam, ikincini seçərdim. İqtisadçı həmişə şübhə ifadə edir, kəsirdən danışır, onun cavabı var - bu, mümkün deyil. Peyğəmbər isə deyir: «məni bağışla, amma cəhd et». İsrail peyğəmbərlərin iqtisadçılardan həqiqətə daha yaxın olduğu faktının sadə sübutudur. İnsan bütün digər var-dövləti üstələyən var-dövlətdir. Biz bunu öyrənmişik.

- Buna görə də yəhudilərin olduğu yer cansıxıcı deyil. İstər İsrail olsun, istərsə də onun hüdudları. Həqiqətənmi yəhudilərin olduqları yer darıxdırıcı olmur…

- Mən bir qədər də irəli gedim. Yəhudi xalqının dünya mədəniyyətinə ən böyük töhfəsi nədir? Hesab edirəm ki, bu, qəne olmamaq hissidir. Yəhudilər qane ola bilməzlər. Onlar bunun üçün yaranmayıblar. Məhz bu hissin təsiridir ki, həmişə axtarış aparırıq, öyrənirik, təhlil edirik və suallar veririk. Buna görə də alimlərimiz çoxdur. İsraildə həmişə nə isə qaynayır, bişir, hay-küy qopur. Demək çətindir, başqa yerdə yaşaya bilərdimmi? Çox sakit olan İsveçrəyə gedirəm, amma cəmi bir gündən sonra evə qayıtmaq istəyirəm. Mənə darıxdırıcı olur.

- Son vaxtlar İsrailin də daxil olduğu regionda siyasi planda sadəcə «tektonik tərpəniş» baş verir. Misirdə, Suriyada, Yəməndə, yəni İsrailin ətrafında bir sıra proseslər yaşanır ki, bunlar da sözsüz, İsrailə də təsirini göstərir. Regiondakı vəziyyəti necə dəyərləndirirsiniz? İsrail ətrafındakı vəziyyət nə dərəcədə təhlükəlidir? Regionda dayanıqlı sülhün bərqərar olması üçün nə etmək lazımdır? 

- Nə vaxtsa mənim üçün Misirlə sülh mümkün olmayan vəzifə idi. Heç kəs inanmırdı ki, bu ölkə ilə barışıq sazişi imzalanacaq. İordaniya ilə sülh də arzu idi. Heç vaxt heç kəs bizim Yasir Ərəfatla görüşəcəyimizə inana bilməzdi. Əlbəttə, proseslərin daha tez gerçəkləşməsini, sülhə doğru daha sürətlə yaxınlaşmağımızı istərdim. Amma təəssüf ki, bu, çox çətindir. Öz xalqını inandırmaq çox çətindir, başqa xalqı inandırmaqsa ondan da çətin.

Ona görə yox ki, xalqlar sülh istəmirlər. Ona səbəbdən ki, sülhün baha başa gələn olduğunu düşünürlər və inanmırlar. Amma mən Yaxın Şərq regionuna baxıram və görürəm ki, dünyada baş verən inqilab bizim regionumuza da gəlib çatıb. Bu gənc nəslin inqilabıdır. Yaşamaq üçün vasitələrimizi torpağı berəcərərək əldə etməkdən deyil, elmdən, yeni texnologiyalardan aldığımız ilk dəqiqədəncə inqilabi dəyişikliklərə getməkdən başqa çıxış yolumuz olmadı. Baxın, Misir Nili tamamilə istifadə edib. Son 50 ildə ölkənin əhalisi beş dəfə artıb, Nil isə öz suyunun 10 faizini itirib.

Texnologiyanı inkişaf etdirməkdən başqa yol da yoxdur. Əlbəttə, su ehtiyatlarını su uğrunda müharibə aparmaqla da əldə etmək mümkündür. Amma müharibədə qan çox töküləcək. İnsan qanı su deyil. Məsələn, bizim vaxtilə suyumuz olmayıb, indi isə hədən artıqdır. Niyə? Hər şey elmdən, tərbiyədən, təhsildən asılıdır. Ərəb dünyasındakı gənclik isə indiki qanlı qarşıdurmaya baxmaaraq öz həyatını yeni qaydalarla qurmaq istəyir. Keçmişlə vidalaşmaq kimi, gələcəyə daxil olmaq da çox çətindir. Problem ondadır ki, insanların əksəriyyəti nəyin baş verəcəyini arzulamadan nələrin baş verdiyini yadda saxlamağa üstünlük verirlər. Belə adamlarda yeniliklər narahatlıq doğurur. Biz nəhəng inqilabın şahidləriyik. Dözümlü olmaq lazımdır, çünki bu inqilab bir çox şeylərə nail oldu: Yaxın Şərqdə artıq diktatorlar yoxdur. İndi diktator olmaq çox çətindir.

İnqilablar səsvermə nəticəsində seçilənləri hakimiyyətə gətirdi. Ən son dəqiqədə proseslərin təşəbbüskarları olan insanlarda zəruri təşkilati alternativlər tapılmadı. Deyək ki, bu gün Misirdə seçilən şəxs həqiqətən seçki qalibidir, ancaq onun vacib problemlərin həlli üçün qərarı yoxdur. Misirdə hakimiyyətə gələn «Müsəlman qardaşlar»ın problemi müsəlman qardaşlarla necə davranmaqdan, onların dolanışıqlarını təmin etməkdən, yedizdirməkdən ibarətdir. Çünki ölkənin müsəlmanları gediblər, səs veriblər, yekunda ac qalıblar. Onlardan dualarımızı əsirgəmirik, kömək göstərmək üçün hər şeyi edirik. Axı, Yaxın Şərqin bir hissəsiyik. Biz ac, yorğun Yaxın Şərqi necə dəyişdirməyin nümunəsiyik. Öz təcrübəmizi və biliyimizi bölüşə bilərik. Bu barədə prezident Vladimir Putinlə də söhbətləşmişik. Rusiya ilə birgə insanlara kömək göstərmək məqsədilə işləməyi bacararıq.

Yeri gəlmişkən, Rusiya bu gün elmi-texniki inqilab yaşayır. Bütün dünya inqilabi yeniliklər yaşayır. Çıxış nöqtəsi olan ərəb dünyasında vəziyyət fərqlidir. Çünki din düşüncələrə çoxlu adətlər və vərdişlər yeridib. Onları dəyişmək lazımdır. Buna görə də ərəb dünyasındakı inqilabların nəticələrini gözləmək üçün dözümlülülük lazımdır. Keçilməli olan çətinlikləri anlamaq vacibdir. Müvəffəqiyyətləri yada salmağı bacarmalıyıq.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə