Çinin yeni lideri - "yoldaş Si"

Noyabrın ortalarında Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin yeni katibi 59 yaşlı Si Tszinpin mətbuat qarşısına çıxdı. Nəhəng dövlətin hakim partiyası növbəti qurultayında onu rəhbər seçdi. Heç kim onun gələn ilin martında Çin parlamentində ən yüksək dövlət vəzifəsi olan Çin Xalq Respublikasının sədri vəzifəsinə seçiləcəyinə şübhə etmir. Beləliklə də 1.3 milyard əhaliyə malik dünyanın ən dinamik ölkəsinin başçısına çevriləcəkdir. Əlbəttə, hamının «yoldaş Si» dediyi bu adam Çinin təkbaşına sahibi olmayacaq. Axı, böyük islahatçı Den Syaopinin dövründən etibarən Çində təkbaşına diktatura institutu ləğv edilib. Kommunist Partiyasının baş katibi və ÇXR-nin katibi əslində ölkəni idarə edən Məkrəzi Komitənin Siyasi Bürosunun 7 nəfərdən ibarət daimi komitəsinin, yəni kollegial elitanın üzvlərindən biridir.

Çin Kommunist Partiyasının noyabrın ortalarında baş tutmuş XVIII qurultayında daimi komitə formalaşdırıldı. Yeni baş katib Si Tszinpinin də daxil olduğu bu orqanda partiyanın daxilindəki rəqib fraksiyaların liderləri təmsil olunmaqla qüvvələr balansı təsbit olunmuşdu.

Politoloqların «sinklit» adlandırdığı bu cür quruma daxil partiya bosslarının bəziləri Çində el arasında «şahzadələr» adlandırılır. Yəni, bu liderlər Çin Kommunist Partiyasının birinci dalğasının başında duran bosslarının, partiya məmurlarının övladlarıdır. Çində həmçinin «şahzadə»ləri ayrı adla - «şişman uşaqlar» adlandırırlar. Bununla adi çinlilər nəslin partiya liderlərinin bir çoxunun elitar və təmin edilmiş imkanlı kommunist məmurları ailəsindən olduğuna işarə vururlar.

Lakin yeni baş katibi «şişman uşaqlar» nəslinə qismən aid etmək olar. Əlbəttə ki, o, keçmiş partiya rəhbərliyinin nüfuzlu liderlərindən birinin - Si Çjunsünün övladıdır. Yoldaş Sinin atası Mao Tszedunun ən yaxın silahdaşı, yadelli işğal və vətəndaş müharibəsi dövründə partizan döyüşlərinin qəhrəmanı, Çin Xalq Azadlıq Ordusunun yaradıcılarından biri və nəhayət, Çinin Dövlət Şurasının baş nazirinin müavini olmuşdur.

Si Tszinpin Pekinin 81 saylı elitar məktəbində təhsil almışdır. Uşaqlıq və sinif yoldaşlarının hamısı onun özü kimi partiya elitasının övladları idilər. Əksər çinlilər dəhşətli kasıblıq, aclıq və evsizlik şəraitində yaşadıqları dövrdə onun uşaqlığı isti mənzillərdə və cangüdən sürücüləri olan dövlət maşınlarında keçmişdir. Uşaqlıqda yiyələndiyi yüksək təhsil indi də baş katibin nitqində və davranışında özünü biruzə verir. Belə ki, yoldaş Si qüsursuz Çin ədəbi dilində saatlarla dayanmadan nitq söyləyə bilər və davranışında yüksək etik keyfiyyətlər nümayiş etdirməkdədir.

1962-ci ildə onun xoşbəxt həyatı bitdi, tale öz sərt simasını göstərdi. Sinin atası Si Çjunsün Mao Tszedunla ölkənin inkişafı məsələsi üstündə mübahisə edən əsas fraksiyanın başçısı idi. Çini xaosdan çıxara bilməyən Mao tənqidlərə dözümsüzlük göstərirdi. Nəticədə yoldaş Sinin atası həbs edildi, vəzifələrdən çıxarıldı və xüsusi həbs düşərgəsinə göndərildi.

15 yaşı olanda gələcək baş katibi (1968) elitar həyatdan ayırıb məcburən ucqar çirkli və kasıb kəndlərdə çalışan gənc əmək dəstələrinə göndərirlər.  Yeniyetmə qazmalarda yaşamağa və kərpiclərin üstündə yatmağa məcbur olur. 16 yaşında artıq üzücü şəraitə və zəhmətə dözməyərək əmək dəstəsindən qaçır. Lakin tezliklə Pekində qohumlarının evində gizlənən xəstə və aclıqdan zəifləmiş “yoldaş Si”ni həbs edirlər və yarım illik müddətə həbs düşərgəsinə göndərirlər. Xalq düşmənləri və kriminal elementlərin içərisində 6 ay həbsdən sonra gənc Tszinpini yenidən ucqar kəndlərin birindəki əmək dəstələrinə yollayırlar. Həbs düşərgəsində mənəvi cəhətdən möhkəmlənmiş Çinin gələcək lideri ucqar kənddə suvarma kanalları qazır, soyuq kazarmalarda dincəlir, boş vaxtlarında isə özünün təhsilini davam etdirirdi. Həmin kəndin yaşlı kəndliləri indiyədək onu belə xatırlayırlar: «Çox mədəni, qaradinməz və təəccüblü dərəcədə qalın kitabları oxumağı sevən şəhərli gənc idi». Aclığı, səfaləti, ölümü, ədalətsizlikləri görən bu gənc sınmadı, əksinə, yaşamaq uğrunda döyüşçüyə çevrildi.

Mədəni İnqilab dövründə Tszinpin 9 dəfə partiyaya qəbul olunmaq üçün ərizə verir. Lakin “xalq düşməninin” övladı olması və «satqınların», «quldurların», müxtəlif xəstəliyə düçar olmuşların ölüm düşərgəsində olduğu üçün onun ərizəsi 8 dəfə rədd edilir. Lakin oğlan inadcıl idi. Nəhayət, onun sürgün olunduğu kəndli kommunasına fəhlə, sonra isə partiya təşkilatına üzv etdilər. İnadından əl çəkməyən gənci qəbul olunduğu Pekin Universitetinin kimya fakültəsindəki tələbə yoldaşları gülərüz, zarafatcıl, eyni zamanda, qaradinməz, prinsipial bir adam kimi tanıyır. Dediklərinə görə, olduqca çox tanışı olsa da, yaxın dostu yox idi.

Yoldaş Si tələbə olarkən bəxti üzünə yenidən gülür. Səbəb çox sadə idi. «Çinin atası» Mao Tszedun vəfat edir (1976). Ailəsi üzərindən «xalq düşməni» damğası götürülür, atası həbs düşərgəsindən azad olunaraq bəraət alır və köhnə partiya yoldaşlarının dəstəyi ilə yüksək vəzifəyə qayıdır. 23 yaşlı gənc yoldaş Si də öz karyerasını partiya sistemi ilə bağlayır. Ən aşağı partiya təşkilatlarından iri əyalətlərin partiya rəhbəri vəzifələrinədək yüksəlir. Onun rəhbərliyi altında Futszyan əyaləti sürətlə inkişaf edir. Artıq atasının himayəsinə də ehtiyac yox idi. Tezliklə Sini Tzseyan vilayətinin başçısı təyin edirlər. Etimadı doğruldur və hər iki əyalət Çinin bazar iqtisadiyyatının öndə gedən və ölkəyə ilk dəfə kapitalist təbəqəsini bəxş edən regionlarına çevrilir. Daha sonra isə o, Şanxay kimi Çinin biznes paytaxtının bossu olur.ormalaşdırıldı. Yeni baş katib Si Tszinpinin də daxil olduğu bu orqanda partiyanın daxilindəki rəqib fraksiyaların liderləri təmsil olunmaqla qüvvələr balansı təsbit olunmuşdu.

Politoloqların «sinklit» adlandırdığı bu cür quruma daxil partiya bosslarının bəziləri Çində el arasında «şahzadələr» adlandırılır. Yəni, bu liderlər Çin Kommunist Partiyasının birinci dalğasının başında duran bosslarının, partiya məmurlarının övladlarıdır. Çində həmçinin «şahzadə»ləri ayrı adla - «şişman uşaqlar» adlandırırlar. Bununla adi çinlilər nəslin partiya liderlərinin bir çoxunun elitar və təmin edilmiş imkanlı kommunist məmurları ailəsindən olduğuna işarə vururlar.

Lakin yeni baş katibi «şişman uşaqlar» nəslinə qismən aid etmək olar. Əlbəttə ki, o, keçmiş partiya rəhbərliyinin nüfuzlu liderlərindən birinin - Si Çjunsünün övladıdır. Yoldaş Sinin atası Mao Tszedunun ən yaxın silahdaşı, yadelli işğal və vətəndaş müharibəsi dövründə partizan döyüşlərinin qəhrəmanı, Çin Xalq Azadlıq Ordusunun yaradıcılarından biri və nəhayət, Çinin Dövlət Şurasının baş nazirinin müavini olmuşdur.

Si Tszinpin Pekinin 81 saylı elitar məktəbində təhsil almışdır. Uşaqlıq və sinif yoldaşlarının hamısı onun özü kimi partiya elitasının övladları idilər. Əksər çinlilər dəhşətli kasıblıq, aclıq və evsizlik şəraitində yaşadıqları dövrdə onun uşaqlığı isti mənzillərdə və cangüdən sürücüləri olan dövlət maşınlarında keçmişdir. Uşaqlıqda yiyələndiyi yüksək təhsil indi də baş katibin nitqində və davranışında özünü biruzə verir. Belə ki, yoldaş Si qüsursuz Çin ədəbi dilində saatlarla dayanmadan nitq söyləyə bilər və davranışında yüksək etik keyfiyyətlər nümayiş etdirməkdədir.

1962-ci ildə onun xoşbəxt həyatı bitdi, tale öz sərt simasını göstərdi. Sinin atası Si Çjunsün Mao Tszedunla ölkənin inkişafı məsələsi üstündə mübahisə edən əsas fraksiyanın başçısı idi. Çini xaosdan çıxara bilməyən Mao tənqidlərə dözümsüzlük göstərirdi. Nəticədə yoldaş Sinin atası həbs edildi, vəzifələrdən çıxarıldı və xüsusi həbs düşərgəsinə göndərildi.

15 yaşı olanda gələcək baş katibi (1968) elitar həyatdan ayırıb məcburən ucqar çirkli və kasıb kəndlərdə çalışan gənc əmək dəstələrinə göndərirlər.

Mədəni İnqilab dövründə Tszinpin 9 dəfə partiyaya qəbul olunmaq üçün ərizə verir. Lakin “xalq düşməninin” övladı olması və «satqınların», «quldurların», müxtəlif xəstəliyə düç

Yoldaş Si tələbə olarkən bəxti üzünə yenidən gülür. Səbəb çox sadə idi. «Çinin atası» Mao Tszedun vəfat edir (1976). Ailəsi üzərindən «xalq düşməni» damğası götürülür, atası həbs düşərgəsindən azad olunaraq bəraət alır və köhnə partiya yoldaşlarının dəstəyi ilə yüksək vəzifəyə qayıdır. 23 yaşlı gənc yoldaş Si də öz karyerasını partiya sistemi ilə bağlayır. Ən aşağı partiya təşkilatlarından iri əyalətlərin partiya rəhbəri vəzifələrinədək yüksəlir. Onun rəhbərliyi altında Futszyan əyaləti sürətlə inkişaf edir. Artıq atasının himayəsinə də ehtiyac yox idi. Tezliklə Sini Tzseyan vilayətinin başçısı təyin edirlər. Etimadı doğruldur və hər iki əyalət Çinin bazar iqtisadiyyat

Hamı yoldaş Sinin rəsmi müzakirələr və çıxışlarda olduqca ehtiyatlı olmasını, düşmənlər qazanmadığını qeyd edirlər. Vaxtilə elitar təbəqə üzrə vəzifələr tutmuş «şişman uşaqlar» arasındakı dostlarından fərqli olaraq o, xalqın ən aşağı təbəqələrinin istək və həyat tərzini çox gözəl anlayırdı.

2007-ci ildə karyerasında həlledici sıçrayış oldu. Ölkənin ali kollegial hakimiyyətinin orqanı olan Çin Komunits Partiyası MK-sının siyasi bürosunun daimi komitəsinə üzv seçilir. 2008-ci ildə isə, ÇXR sədrinin müavini olur. Partiya elitası daxilindəki şayiələrə görə, bu cür kəskin sıçrayışın arxasında onun atasının köhnə dostu Çin Komunist Partiyasının “boz kardinalı”, partiya kadrlarının yerləşdirilməsinə cavabdeh olan partiya təşkilat şöbəsinin rəhbəri dururdu.

Qərb analitikləri üçün yoldaş Si güclü və fikirləri hamıya naməlum siyasətçidir. İslahat tərəfdarları ona ümid bəsləyirlər. Belə ki, atası kommunist elitasında liberal qüvvələrin tərəfdarı idi və hətta Tibetdəki repressiyalara qarşı çıxış edirdi. Digər tərəfdən, onun atası bəraət aldıqdan sonra islahatçı Den Syaopinin qatı tərəfdarı olmuşdur və Quandun vilayətində başçı olaraq radikal surətdə bazar iqtisadiyyatını tədbiq etmişdi.

Si Tszinpinin 1981-ci ildə ailə qurduğu birinci həyat yoldaşı, Çinin Londondakı səfiri Ke Xuanın qızı Ke Linlin barəsində məlumatlar çox

Sevda Əsgərova, “Millətçilik” qəzeti, 1 - 7 dekabr 2012-ci il

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə