Mixail Zadornov: «Arina Radionovna da Puşkinin heç bir yerini dişləməmişdi» (MÜSAHİBƏ)

Yazıçı-satirik, tanınmış gülüş ustası Mixail Zadornov artıq çoxdandır ki, səhnədə görünmür. Amma deyilənə görə, bu günlərdə knyaz Ryürix haqqında tarixi kitab yazıb, eyni zamanda əsər əsasında film də çəkib. Ənənəvi peşəsini tamam fərqli istiqamətə doğru dəyişməsini, o cümlədən Rusiyanın tarixinə və hazırkı vəziyyətinə münasibətini ölkə KİV-lərinə açıqlayıb.

- Mixail Nikolayeviç, siz artıq çoxdandır, öz proqramınızla çıxış edirsiniz. Söhbətlər gəzir ki, peşənizi dəyişmisiniz. Bu doğrudurmu?

- Bu düzdür. Bilirsinizmi, mənim yaşımda peşəni dəyişmək nə qədər çətin işdir? Hazırda heç bir konsert vermirəm, qastrol səfərlərinə çıxmıram. Yeni «Knyaz Ryürix» adlı kitab yazmışam və bu mövzuda rejissor və prodüser kimi sənədli film də çəkmişəm. Eyni zamanda öz hesabıma Puşkinin dayəsi Arina Radionovnaya heykəl qoydurmuşam. Amma jurnalistlər bu barədə heç nə yazmadılar. Çünki Puşkin öz dayəsini qiymətləndirməmişdi. Arina Radionovna da Puşkinin heç bir yerini dişləməmişdi (gülür). Maraqlı heç nə yoxdur…

- Belə hesab edirsiniz ki, jurnalistlər dəhşətləri yazmaqda maraqlıdırlar?

- Əlbəttə, yaxşı anlayıram ki, jurnalistlər nə üçün ilk növbədə iylənmiş şeylərdən yazırlar. Çünki yaxşı nə isə yazmaq üçün ağıl və istedad lazımdır. Sözlərini lazımi yerlərdə deməyi bacaran jurnalistlərimiz çoxdur, amma düz əməlli şey yaza bilmirlər. İstedadlı adam üçün adi məsələləri işıqlandırmaq çox ağırdır.

- «Knyaz Ryürix» filmi və kitabı nə barədədir?

- Ondandır ki, biz rusların tarixi qopardılmış köklərə malikdir. Film də o haqdadır ki, biz kömrüksüz keçən xırda mal, tarixi geridəqalmışlıq deyilik. Bizim hər millətin qürrələnə bilməyəcəyi qədim, möhkəm təməllərimiz var.

- Bağışlayın suala görə, sizdə bu məlumtlar hardandır? Siz ki tarixçi deyilsiniz?

- Mənə qarşı tənqidləri başa düşürəm. Alim deyiləm, elmlər namizədi də heç deyiləm. Bu halda Zadornova qulaq asmaq ümumiyyətlə nəyə lazımdır? Zadornov ki aktyordur! Özü də nə xalq, nə də əməkdar artistdir. İdman sahəsindəki mükafatlarından başqa heç nəyi yoxdur. Bizdə insan haqqında fikir yürüdərkən onun ordenlərinə baxırlar. Onu əsas tuturlar ki, bu adama dövlətin münasibəti necədir. Nə qədər axmaq kəlləyə sahib olasan ki, hakimiyyət tərəfindən başları sığallanmış adamların həmişə düz danışdıqlarına inanasan! Əzizlərim, diqqətinizə çatdırıram ki, bu gün akademik adını bəzi akademiyalarda cəmi bir neçə min avroya almaq olar.

- Sizə təklif ediblərmi?

- Təklif ediblər, özü də bir neçə dəfə. Kitablarıma görə yeddi dəfə akademik ola bilərdim.

- Kitabla bağlı söhbətimizə qayıdaq. Siz knyaz Ryürixin isveçli olmadığına dair faktlar toplamısınız və bildirmisiniz ki, həmin vaxt İsveç ümumiyyətlə olmayıb. Bizim üçün elə bir fərqi varmı ki, o almandır, yoxsa slavyan. Nə dəyişəcək?

- Fərq böyükdür. Rus tarixində normanofillərin rəhbərlik etdiklərinə, məktəb dərslikləri uşaqlarımızı rusların isveçlilərdən, Qərbin hitler və himlerlərindən, həmçinin bu günkü neft müftəxorlarından törəmiş olduqlarına inandırdıqları halda, bizim üçün həmişə Rusiyanı özünə tərəf çəkmək istəyənlərin pulsuz indulgensiyası davam edəcək. Bu varlı insanlar bizim tariximizi rüsvay edən filmlər çəkəcəklər. Xalqımızı mənəvi baxımdan incidəcəklər. Göstərəcəklər ki, Rusiya kasıbdır və ölkədə yaşamaq çox pisdir. Bununla da rus keçmişimizi silmək istəyirlər. Sizin jurnalist qardaşlarınız isə belələri barədə tərif resenziyaları yazacaqlar.

- Siz jurnalistləri beləmi sevmirsiniz?

- Mən sizə bir lətifə danışmaq istəyirəm. Bir dəfə bir jurnalist silah mağazasına gəlir və satıcıdan soruşur: «Mənə tapança verin». Satıcı qiymətini qoyur: min dollar. Jurnalist deyir: «Yüzə olar?» Satıcı soruşur: «sizin ixtisasınız nədir? Jurnalistsinizmi? Sizə tapança nəyə lazımdır? Sözünüzlə öldürürsünüz də!»

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə