Orxan Pamuka 10 sual (MÜSAHİBƏ)

«Təşkil olunmuş qəddarlıqdan və planlaşdırılmış anlaşılmazlıqdan qorxuram»

 

168.az Türkiyə yazıçısı, 2006-cı il ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Orxan Pamukun «Finanşl tayms» qəzetində gedən müsahibəsini təqdim edir.

- Hansı kitab Sizin həyatınızı dəyişdi?

- Bunu təkcə bir kitab etmədi. Dostoyevski, Borxes, Tolstoy, Mann, Kalvino, Nabokov - bunlar mənim həyatımı dəyişən yazıçılardır.

- Nə vaxt yazıçı olacağınızı dərk etdiniz?

- Bunu planlaşdırmamışdım. 7 yaşımdan 22 yaşınadək valideynlərm elə bilmişdilər ki, rəssam olacam. Ancaq gözlənilmədən roman yazmağa başladım - «Cevdət bəy və onun oğlanları» meydana çıxdı (1982).

- Yazıçı gününüz necə keçir?

- Günorta saat 1-dək kitab oxumuram, internetə də baxmıram. Səhər saat 7-də yuxudan ayılıram. Meyvə yeyirəm, çay və ya kofe içirəm. Əlimə nə isə maraqlı bir şey keçsə, oxuyuram. Ötən gün yazmaq istədiyimin alınıb-alınmadığına baxıram. Duş da qəbul etdikdən sonra yazmağa başlayıram. Oxuyuram və yazıram. 15-20 saat işlədikdən sonra insanlarla ünsiyyət qururam.

- Sizin üçün ən rahat yazmaq yeri haradır?

- Evim iş otağı kimi qurulub. Faktiki olaraq evim elə kabinetimdir. Orada yatmaq yeri çox azdır. Mənə küçəyə və təbiətə baxmaq üçün əlverişli yerdə yazmaq lazımdır. Əsl həyat mənzərəsinə tamaşa etdiyim zaman hər şeyi romantik şəkildə təsəvvür edirəm.

- Kitab yazmaq üçün material toplayarkən ən qeyri-adi hərəkətiniz nədən ibarət olub?

- «Günahsızlıq muzeyi»ni yazıb qurtaran zaman (2008) İstanbulda əsl muzey yaratdım. Onun eksponatlarını özüm topladım.

- Naharda ən çox kiminlə yanaşı oturmaq istərdiniz?

Ya Markeslə, ya Borxeslə, ya da Dostoyevski ilə. Və dünyanın ən gözəl, ağıllı qadını ilə.

- Nədən qorxursunuz?

- Təşkil olunmuş qəddarlıqdan və planlaşdırılmış anlaşılmazlıqdan qorxuram

- Nəyə görə gecələr yata bilməzsiniz?

- Mən atama oxşamışam. Eynilə onun kimi gecələr yuxudan ayılıram. Ancaq bu mənim xoşuma gəlir. Həmin anlar nə isə insanları və həyatımı başqa cür qəbul edirəm.

- Həyatınızda nəyi dəyişmək istərdiniz?

- Çox sevinərdim ki, kimsə məni dözümsüzlükdən, iyrənməkdən, ruh düşkünlüyündən, gözlənilmədən hiddət yağdırmaqdan yayındıran dərman kəşf etsin. Ancaq bunlar olmasa, romanlarımı da yaza bilmərəm.

- Sizcə, hansı kitabı hələ yazmamısınız?

- Kitablarımla razıyam. Hansısa kitabı yazmadığıma təəssüflənməyim o demək olar ki, həyatım istədiyim kimi keçməyib. Mən elə dildə danışmır və düşünmürəm.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə