«Kitayski Qorbaçov» sindromu

 

Hər dəfə Çində rəhbərlik dəyişikliyi baş verəndə Qərbdə Çin Qorbaçovu sindromu baş qaldırır. Bunu nüfuzlu «Atlantic»in şərhçisi Mett Skyavença bildirir. Onun dediyinə görə, hazırda Qərb dünyası Çin Xalq Respublikasının rəhbəri Si Çzinpinə ümid edir. Ancaq Sinin siyasi islahatlara meyl göstərdiyi o qədər də görünmür. Bəs, «Çin Qorbaçovu» fantaziyası nədən qaynaqlanır?

Siyasi şərhçinin fikrincə, əsas səbəblərdən biri Çinin SSRİ-nin süqutunu Qərbdən, o cümlədən ABŞ-dan fərqli tərzdə interpretasiya etməsidir. Avropada və Birləşmiş Ştatlarda Qorbaçov «şər imperiyası»nı darmadağın edən qəhrəman kimi qarşılanır. Çində isə bu adam dərs götürülməsi vacib sayılan böyük qəza olaraq dəyərləndirilir. Çin Kommunist Partiyası uzun illər SSRİ-nin süqutu səbəblərini öyrənib və belə rəyə gəlib ki, məhz Qorbaçovun rolu nəticəsində proses sürətləndi.

Müəllif eyni zamanda bildirir ki, Çində son 30 il ərzində daha radikal islahatlar həyata keçirilib ki, bu islahatlar daha çox siyasi deyil, iqtisadi plandadır. «1978-ci ildə çinli özünə sənət, bir sıra hallarda həyat yoldaşı, yaşayış yeri seçə bilməzdi. Onun mülk sahibi olması, yaxud ölkəni tərk etməsi də mümkünsüz idi. İndi bunlara icazə var».

Ümumən Mett Skyavença tam şəkildə Çinin Qorbaçovunun olmayacağını demir. Onun fikrincə, Çində nəhəng siyasi dəyişikliklər gözlənilmədən də baş verə bilər.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə