Jurnalistlər üçün müsabiqə (ELAN)

Zərdabi Mətbuat Mərkəzi «Türkdilli xalqların həyatı və inteqrasiya məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları» mövzusundakı  layihə çərçivəsində “Heydər Əliyev və türk dünyası” mövzusunda müsabiqə elan edir.

Müsabiqəyə təqdim olunan yazılar üçün aşağıdakı istiqamətlər müəyyənləşdirilib:

Türkr dünyasının tarixi keçmişi;

Türkdilli xalqlarım inteqrasiyası məsələləri;

Türkdilli xalqların qloballaşan dünyada yeri və rolu;

Türkdilli xalqların ədəbiyyatı və mədəniyyəti;

Türk dünyasının görkəmli şəxsiyyətləri.

Yazılarda üstünlük veriləcək:

Materialların mövzunu əhatə etmə səviyyəsi;

Elmi faktlardan istifadə xüsusiyytələri;

İfadə vasitələrinin zənginliyi;

Publisistik duyum.

Qaliblər I, II, III yerlərlə mükafatlandırılacaq. Habelə həvəsləndirici mükafatlar da nəzərdə tutulur.

I yer - 800 manat;.

II yer - 500 manat;.

III yer - 300 manat..

3 həvəsləndirici mükafat - 100 manat x 3 nəfər = 300 manat.

Müsabiqə şərtləri:

Müsabiqəyə 2013-cü ilin fevral ayının 1-dən aprel ayının 15-dək olan müddətdə KİV-lərdə gedən yazılar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;

Yazılar həcm baxımından 5 (beş) A4 formatlı kağız vərəqindən çox olmamalıdır;

Materiallar 3 nüsxədə yazılı, həmçinin elektron formada (diskdə) şəxsən təqdim edilməlidir.

Yazıda “Yazı Zərdabi Mətbuat Mərkəzinin “Türkdilli xalqların həyatı və inteqrasiya məsələləri Azərbaycan KİV-lərində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunmaq üçün verilir” qeydi olmalıdır.

Yazılar hər gün saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Teymur Əliyev küçəsi 38 ünvanında (Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.

Əlaqə telefonu:

                        (012) 441 35 96

                        (050) 534 93 26

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə