Mətbuat Şurası Sənaye və Energetika Nazirliyi ilə birgə müsabiqəyə start verdi

Azərbaycan Mətbuat Şurası Sənaye və Energetika Nazirliyi ilə birgə Avropa Birliyinin “İNOGEYT” proqramının dəstəyi ilə gerçəkləşdirilən “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində binaların enerji səmərəliliyi təşəbbüsü” (BES – ESIB) layihəsi çərçivəsində jurnalistlər üçün  “Enerji səmərəli binalar – dayanıqlı enerji inkişafının əsası” mövzusunda müsabiqəyə  start verir. Müsabiqə enerji səmərəlliliyi mövzusunda ən yaxşı məqaləni müəyyənləşdirəcək.

Müsabiqədə dil və həcm məhdudiyyəti nəzərdə tutulmur. Sənəd qəbulu 01 mart -30 aprel 2013- cü il müddətində aparılacaq. Bu müddətdə mətbuatda və ya İnternet resursunda dərc olunan bir məqalələr müsabiqəyə təqdim edilə bilər. Hər jurnalistin yalnız bir məqalə təqdim etməsi nəzərdə tutulur. Reklam materialları qəbul edilmir. Müsabiqə qaliblərinə qiymətli hədiyyələr təqdim olunacaq. Eyni zamanda həvəsləndirici mükafatlar da nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək şərtləri ilə ESİB layihəsinin (http://www.inogate-ee.org/), Sənaye və Energetika Nazirliyinin (www.sen.gov.az), Mətbuat Şurasının (http://www.presscouncil.az ) saytlarında və bu press-relizə əlavə olunmuş faylda tanış olmaq olar.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə