Jurnalistlərin mənzil iddiası (STATİSTİKA)

 

Mətbuat Şurasına mənzillə bağlı adları redaksiya xəttilə təqdim edilən jurnalistlərin ümumi sayı 143-dür. Fərdi müraciətçilərin sayı isə 94-ə çatıb. Ümumilikdə 237 namizəd. Bu barədə məlumat Yurd.TV-yə MŞ-dən verilib.

Məlumatda eyni zamanda bildirilib ki, 3-dək namizəd irəli sürmək hüququna malik gündəlik qəzetlərdən 27-i öz namizədini təqdim edib. Onların namizədlərinin ümumi sayı 74 nəfərdir. 27 qəzetin heç də hamısı 3 namizəd irəli sürməyib. Yaş göstəricilərinə gəlincə, 74 nəfərdən 4-nün otuz yaşı tamam olmayıb. 31 nəfər 30-40 yaşlarındadır. 40-50 yaşlarında olan jurnalistlərin sayı isə 27-dir. Gündəlik qəzetlərin irəli sürdüyü namizədlərdən 12-nin yaş göstəricisi 50-dən yuxarıdır.

3-dək namizəd irəli sürmək hüququna malik informasiya agentliyindən 14-ü Şuraya öz namizədlərinin adlarını təqdim edib. Onların mənzil üçün iddialı olanlarının ümumi sayı 23-dür. 23 jurnalistdən 7-i 50 yaşdan yuxarı, 4-ü 40-50, 12-i 30-40 yaş aralığındadır.

Öncədən müəyyənləşdirilmiş prinsiplərə əsasən internet xəbər portalları, jurnallar və həftəlik qəzetlər 1 namizəd irəli sürmək hüququna malik olublar. İnternet xəbər portallarından 6, jurnallardan 6, həftəlik qəzetlərdən isə 34 namizəd irəli sürülüb. Xəbər portallarından irəli sürülmüş altı namizəddən yalnız 1-nin yaşı 40-dan artıqdır. Digər beşi 30-40 yaş aralığındadır. Jurnallardan irəli sürülmüş 6 namizədin hamısının yaş ortalaması 30-40 arasında dəyişir.

Həftəlik qəzetlərdən irəli sürülmüş 34 namizədin yaş göstəricilərinə gəlincə, onlardan 8-i 30-40, 12-i 40-50 yaş aralığında olanlar, 14-ü isə yaşı 50-ni keçənlərdir.

Adları redaksiyalar, yəni gündəlik və həftəlik qəzetlər, informasiya agentlikləri, jurnallar və xəbər portallarından  irəli sürülmüş namizəd jurnalistlərin ümumi sayı 143-dür.

Mətbuat Şurasına mənzillə bağlı fərdi qaydada müraciət edənlər də olub. Belə müraciətçilərin ümumi sayı 94-dür. Onlardan 28-i yaşları 50-60, 24-ü 30-40, 19-u 40-50 aralığında olanlardır. Bundan başqa yaşı 60-ı keçmiş 23 nəfərin adı da mənzil almaq üçün fərdi qaydada müraciət edənlər sırasındadır.

Qeyd edək ki, 237 namizəddən yalnız 36-ı ailə vəziyyətinə görə subaydır.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə