«Ağ Evə hücum» var

 

Bu günlərdə Amerika video-prakatlarına çıxan «Ağ Evə hücum» filmində tamaşaçılar Birləşmiş Ştatların rəmzi olan məşhur binanın dağılmasına şahidlik edəcəklər. İki saat ərzində vandallar binanı atəşə tutur, bombalayır, onunla hətta prezident rezidensiyasının od tutub yanmasınadək pis rəftar edirlər. Bunu «Vaşinqton post»un şərhçisi Enn Hornedey məqaləsində yazır. Müəllif bildirir ki, əgər əvvəllər kinemotoqraflar Ağ Evi, ümumən Vaşinqtonu, onun dövlət institutlarını idealların və optimizmin rəmzi kimi tərənnüm edirdilərsə, («Linkoln», «Arqo əməliyatı», «Hədəf nömrə bir») sözügedən filmdə mövcud ideallardan əsər-əlamət qalmır. «Ağ Ev»ə hücumda Kapitoli təpəsi dağılır, prezidentin təyyarəsi vurulur. Şərhçi eyni zamanda bildirir ki, «Ağ Evə hücum» yay prokatının insanları əyləndirmək yönümlü standart repertuarı olsa da, fərqlilikləri ilə zəngindir.

Maraqlıdır ki, filmin təqdimatında ABŞ-ın daxili təhlükəsizlik naziri Canet Napolitano da iştirak edib. O bildirib ki, düşünülməsi mümkün olmayan şeylərə də bəzən ciddi yanaşmaq lazım gəlir. Çünki əfsanəvi binalara təyyarə hücumları çox da uzaq keçmişdə baş verməyib (2001-ci ilin 11 sentyabr terroru nəzərdə tutulur).

«Ağ Evə hücum»un ən diqqətçəkən xüsusiyyətlərindən biri də onun komediya elementləri ilə zənginliyidir. Ancaq rejissor Ağ Evi detallı və real təsvir edir. Tamaşaçı isə bir növ, əsəb içərisindədir. Çünki filmdə bəzən fantastika, bəzən yumor nəzərə çarpır. Ən pisi isə müəllifin fikrincə, «Ağ Evə hücum»un ölkə hüdudlarından kənarda da tamaşa edilməsi perspektividir. Axı, ekran əsərindəki vəhşilər də amerikalıların özləri, hazırkı prezident Barak Obamanın əleyhidarlarıdır.

Yekunda Enn Hornedey belə qənaətə gəlir ki, film tamamilə yeni janrın - mənasız dağıntıların və insan həyəcanlarının heyrət doğurduğu porno-terrorizmin nümunəsidir. «İnsanlar Vaşinqtonun ləzzət almaq və kommersiya maraqları naminə dağıdılmasından əks fikrə gəlirlər və bu təbiidir».

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə