Jurnalistlərin qurultayının keçirilmə vaxtı dəyişdi

Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilmə tarixi dəyişdirilib. Bu barədə məlumat qurultayın keçirilməsi üzrə təşkilat komitəsindən daxil olub.

Məlumatda bildirilir ki, qurultay öncədən elan edildiyi kimi, 12 iyul 2013-cü ildə deyil, 11 iyul 2013-cü il tarixdə keçiriləcək. Ali Məclis nümayəndələri həmin gün Rəşid Behbudov adına Mahnı Teatrının binasına toplaşacaqlar.

Qurultay iştirakçılarının qeydiyyatı prosesi saat 09.00-dan start götürəcək. Ali Məclis saat 10.00-da işinə başlayacaq. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə