«Jurnalistlərin dostu» mükafatı təqdim ediləcək

"RUH" AJMK bununla bağlı hazırlıq işlərinə başlayıb

 

«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi «Jurnalistlərin dostu» mükafatını təqdim edəcək. Mükafatın laureatının adının müəyyənləşdirilməsi üçün respondentlərə paylanacaq anketlərin hazırlanması prosesi artıq başa çatıb. Tezliklə anketlər təyinatı üzrə təqdim olunacaq.

Anketlər tanınmış qəzet, jurnal, informasiya agentliyi, internet media resursu, jurnalist təşkilatı və media eksperti olmaqla ümumilikdə 100-dək respondentə paylanacaq. Bu prosesin sentyabrın sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Mükafatın təqdimatı oktyabr ayının əvvəlində keçiriləcək və bu barədə cəmiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, «Jurnalistlərin dostu» mükafatı Azərbaycan Respublikasının vətəndaşı olan, ölkədə söz və mətbuat azadlığı prinsiplərini müdafiə edən vəzifəli şəxslərə, ictimai və siyasi xadimlərə verilir. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə