Jurnalist-QHT Koalisiyası yekun rəyini açıqladı

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azad və ədalətli seçkilər uğrunda” Jurnalist Təşkilatları-QHT Koalisiyası “2013-cü il prezident seçkilərinin monitorinqi” layihəsi çərçivəsində 15 DSK üzrə 150 məntəqədə müşahidə aparıb. 

Koalisiya müşahidəçilərindən saat 19.00-a daxil olan məlumatlara görə, seçici fəallığı kifayət qədər yüksək olub. Səsvermənin gizliliyinə riayət edilib. Məntəqələrin bağlanmasına az qalmış seçici fəallığının nisbətən azaldığı müşahidə olunub.

Səsvermənin gedişində müşahidəçilərə səslərin sayılmasını müşahidə etmək üçün hər cür şərait yaradılıb. Yerli və beynəlxalq müşahidəçilərin səsvermə prosesini izləmələrinə hər hansı maneçilik olmayıb. Məntəqələr bağlanarkən də insident qeydə alınmayıb. Seçki məntəqələri qanunvericiliyə uyğun şəkildə vaxtında bağlanıb.

“Azad və ədalətli seçkilər uğrunda” Jurnalist Təşkilatları-QHT Koalisiyasının 9 oktyabr prezident seçkisi ilə bağlı qənaəti bundan ibarətdir ki, qeydə alınan texniki problemlər ümumən seçki mühitinə kölgə salmayıb. Seçki azad, demokratik, beynəlxalq standartlara uyğun keçirilib, şəffaflıq təmin olunub.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə